Korporativ hüquqşunas

İşin təsviri

Korporativ hüquqşunas

Vəzifə öhdəlikləri:

• Müəssisə daxili təlimat, qayda və prosedurların layihələrinin hazırlanmasında iştirak etmək və bu sənədlərin təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər vermək;
• Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq;
• Qanunvericilik aktlarının və müəssisə daxili normativ sənədlərinin uçotunu aparmaq;
• Mülki hüquqi əqdlərin hazırlanmasında iştirak etmək, onların hüquqi ekspertizasını həyata keçirmək və bunların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
• Müəssisə aidiyyati struktur bölmələrinin işçilərinə etibarnamələr hazırlamaq;
• Müəssisə daxili hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını həyata keçirmək;
• İdarə Heyətinin iclas protokollarını, İdarə Heyəti üzrə əmr, sərəncamlarının hazırlanmasını və hüquqi ekspertizasının təşkil etmək;
• Müəssisədə hüquqi sənədlərinin, o cümlədən Nizamnamə və idarəetmə orqanlarının Əsasnamələrinin hazırlanmasını və müvafiq dövlət orqanlarında dövlət qeydiyyatının həyata keçirilməsinin təşkil etmək;

Təhsil/Təcrübə: 

• Ali hüquqi təhsil (LLM və ya doktorluq dərəcəsi arzuolunandır);
• Korporativ hüquq sahəsində minimum 3 il iş təcrübəsi (İstehsalat sahəsi üzrə təcrübə arzuolunandır);
• Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını, habelə mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını dərindən bilməli;
• Azərbaycan dilini sərbəst, İngilis və Rus dillərini yaxşı səviyyədə bilməli;
• Liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlıq, dəqilik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmalı;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli.

Əlavə məlumatlar: 

• Maaş: razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;

E-mail: [email protected]

İşəgötürənin reytinqi