“Halal-P” şirkəti Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət mətbəə avadanlıqları və bank avadanlıqlarının təchizatı ilə məğuldur, 20-dən artıq dünyaca məşhur brendlərin Azərbaycandakı rəsmi distribüteridir.
Satış Meneceri
Satış Meneceri avadanlıq və sərf materiallarının satışı ilə məşğul olur; potensial yeni müştərilərin cəlb olunması üçün axtarışlar aparır; müştərilərdən daxil olan sorğuların operativ təmin olunmasını həyata keçirir; satışın aylıq və illik planını tərtib edir və planı icra edir.
Minimum bilik, səriştə və keyfiyyətlər
Marketinq, kommersiya və ya texniki sahədə ali təhsil
Satış sahəsində minimum 3 illik iş təcrübəsi
Bazarın spesifik xüsusiyyətləri barədə biliklər
Tenderlərdə iştirak sahəsində bacarıqlar
Danışıqlar aparmaq və inandırmaq qabiliyyəti
Pozitiv davranış və düşüncə tərzi, ünsiyyətcillik
Gərgin iş qrafikində və stress altında çalışmaq qabiliyyəti
Azərbaycan dilində yüksək səviyyədə biznes yazışmaları aparmaq qabiliyyəti
Ölkə daxili və xarici ezamiyyətə getmək imkanı
MS Office computer bilikləri (xüsusən EXCEL və POWERPOINT)
Öyrənmək və inkişaf etmək potensialı və istəyi
Komandada işləmək bacarığı
Əmək haqqına əlavə olaraq bonuslar
İş vaxtı: Həftəiçi-09:00-18:00, şənbə-09:00-14:00
Üstünlük verilən meyarlar
Texnika, mexanika, elektronika və bank işi sahəsində bilik və təcrübə
Marketinq, kommersiya və ya texniki sahədə ali təhsil
Satış sahəsində minimum 3 illik iş təcrübəsi
Dilerlərlə iş sahəsində təcrübə və biliklər
İngilis və ya rus dilində ünsiyyət bacarıqları
Sürücülük vəsiqəsi
Uyğun namizədlər öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
(yalnız elektron ərizələr nəzərə alınır)
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Satış Meneceri" yazasınız.
“Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!