“Melissa Group”a aid olan və “Mitsubishi Electric Europe B.V.” şirkətinin Azərbaycanda rəsmi distribyutoru "NewCond" şirkəti 1995-ci ildən etibarən havalandırma, ventilyasiya və istilik sistemlərinin Azərbaycana gətirilməsi və satışının həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. "NewCond" eyni zamanda dünyaca məşhur “Vaillant”, “Kermi”, “Beretta”, “Gruppo Ragaini” şirkətləri ilə əməkdaşlıq edir.
"NewCond" şirkəti “kondisioner ustası” vakansiyası elan edir.
İş barədə:
• Split, multi sistem, yarımsənaye və VRV (VRF) kondisoner sistemlərinin təmir olunması və quraşdırılması işinin həyata keçirilməsi;
• Sistemlərin quraşdırılmasında layihə sənədlərinin işlənməsində iştirak etməsi;
• Qaynaq işlərinin aparılması;
• Freonun vurulması və ya əlavə olunmasını;
• 6 günlük iş həftəsi.
• İş saatları: 09.00-18.00
• Əməkhaqqı – 600-800 AZN (Əməkhaqqı müsahibənin nəticəsinə əsasən təyin edilə bilər)
Namizədə dair tələblər
- Ali təhsil (Mexanika, fizika, riyaziyyat və ya texniki sahəsində) və ya orta ixtisas;
- Müvafiq sahədə 5 ildən artıq iş təcrübəsinin olması;
- Kompressorun, 4 yol klapan dəyişdirmək, qaynaq işi və elektron blok təmir etmək bacarığının olması mütləqdir;
- Kondisioner sistemləri haqqında texniki bilik və bacarıqların olması.
- Kondisionerlərin hidravlik sxemləri və elektron sistemləri barədə məlumatın olması;
CV-lərinizi [email protected] ünvanına "kondisioner ustası" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.