Vəzifə: Satış və Xidmətlər üzrə Agent (Şirvan, Siyəzən, Naxçıvan)
Şöbə: Satış Şöbəsi
Birbaşa Rəhbər: Satış və Xidmətlərin İnkişafı üzrə Bölmə Rəhbəri
Əsas vəzifə öhdəlikləri
• Daxili prosedur, müvafiq sənəd və proqramlarda əks etdirilən qaydalara əsasən satış məntəqəsi vasitəsilə xidmətlərin təmin edilməsi
• Təqdim olunan məhsul və xidmətləri barədə ətraflı məlumatın olması
• Müştərilərin yüksək səviyyədə satış və xidmətlə təmin edilməsi
• Satış və xidmətlərlə bağlı müştərilərin çətinliklərinin həll olunması və şikayətlərin qeydiyyata alınması
Bu vəzifə üzrə tələb olunan kvalifikasiya, təcrübə və bacarıqlar
Təhsil • Ali / Orta təhsil
Təcrübə • Satış və Müştəri Xidmətləri sahəsində təcrübə üstünlük hesab olunur
Kompüter bacarıqları • Ofis proqramlarını yaxşı bilmək
Dillər • Azərbaycan dili – Səlis
• Rus dili – orta
• İngilis dili – ilkin səviyyədə
Şəxsi keyfiyyətlər /davranış
• Güclü satış bacarığı
• Müştəri yönümlü
• Nəticə yönümlü
• Davamlı təkmilləşmə
• Ünsiyyət qurma bacarığı
• Təzyiq altında işləmə bacarığı
• Keyfiyyətə fokuslanma
Əlavə məlumat:
İş qrafiki: tam ştat
İş müddəti: daimi
Son müraciət tarixi: 09/07/2017
İş yeri Şirvan, Siyəzən və Naxçıvan şəhərlərində yerləşən Nar satış və xidmət mərkəzlərində olacaqdır
Yalnız yuxarıda qeyd olunan şəhərlər və yaxın ərazilərdə yaşayan namizədlər nəzərə alınacaqdır
Müraciətlər [email protected] ünvanına göndərilməlidir
Başlıqda Satış və Xidmətlər üzrə Agent (Şirvan, Siyəzən, Naxçıvan) qeyd olunmayan müraciətlərə baxılmayacaqdır
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır