Azerconnect


Azerconnect İKT və yüksək texnologiyalar sahəsində beynəlxalq standartlara uyğun çeşidli xidmətlər təqdim etməkdədir. İKT sahəsində uğurlu dünya təcrübəsinin və optimal həllərin Azərbaycana gətirilməsini biznes fəaliyyətinin əsas prioriteti olaraq müəyyən edən şirkətimizdə 1400-ə yaxın yerli və xarici mütəxəssis çalışmaqdadır.

 

Biz təşəbbüskar və dinamik yanaşmamızla fərqlənirik. Sürətlə dəyişən rəqəmsal eranın nəbzini tutmaq üçün xidmətlərimizi, proseslərimizi və ümumilikdə biznesimizin bütün sahələrini daim təkmilləşdiririk. İnnovasiyalar və uğurlu strategiya sayəsində isə istedadlı əməkdaşlarımızla birlikdə daha böyük nailiyyətlər əldə edəcəyimizə inanırıq.

 

Missiyamız müştərilərin müxtəlif istək və ehtiyaclarının qarşılanmasına yönəlmiş innovativ və çevik həllər təqdim etməklə tam əhatəli mərkəzləşdirilmiş xidmətlər göstərmək və biznes proseslərimizi daim təkmilləşdirərək etibarlı tərəfdaş olmaqdır.

İşəgötürənin reytinqi