“Melissa Group”a aid olan və “Mitsubishi Electric Europe B.V.” şirkətinin Azərbaycanda rəsmi distribyutoru "NewCond" şirkəti 1995-ci ildən etibarən havalandırma, ventilyasiya və istilik sistemlərinin Azərbaycana gətirilməsi və satışının həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. "NewCond" eyni zamanda dünyaca məşhur “Vaillant”, “Kermi”, “Beretta”, “Gruppo Ragaini” şirkətləri ilə əməkdaşlıq edir.
"NewCond" şirkəti “B2B üzrə Satış Meneceri” vakansiyası elan edir.
Tələblər:
- Yaş həddi: 25-35;
- Bakalavr və ya maqistr dərəcəsi (biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir);
- Minimum 3-5 il iş təcrübəsi (Müvafiq sahədə iş təcrübəsinin olması üstünlük hesab olunacaq);
- Azərbaycan və rus dillərini səlis bilməlidir, ingilis dili arzuolunandır;
- Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək bacarığı, komandada çalışmaq bacarığı, yüksək satış qabiliyyəti, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
İş barədə:
- Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan isitmə, soyutma, havalandırma və ventilyasiya sistemlərinin (HVAC systems) və xidmətlərinin satışının təşkil olunması;
- Bazarın araşdırılması, biznes inkişaf planının tərtib olunması və həyata keçirilməsi;
- Əməkdaşlıq üçün yeni müştərilərin cəlb olunması üzrə axtarışların aktiv şəkildə aparılması;
- Zənglərin, görüşlərinin təşkil olunması, işgüzar danışıqların və yazışmaların aparılması və müqavilələrinin bağlanması üzrə işlərinin aparılması;
- Gündəlik, aylıq, illik satış barədə müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- İşgüzar danışıqların aparılması və satışın həyata keçirilməsi;
- Müştərilərə təklif olunan texniki, maliyyə və ticari həll yollarının inkişaf etdirilməsi və bu istiqamət üzrə yeni təkliflərin verilməsi;
- Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən olunacaq və həyata keçiriləcək satışa uyğun olaraq bonuslar veriləcək.
CV-lərinizi [email protected] ünvanına "B2B üzrə satış meneceri" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.