“Melissa Group”a aid olan və “Mitsubishi Electric Europe B.V.” şirkətinin Azərbaycanda rəsmi distribyutoru "NewCond" şirkəti 1995-ci ildən etibarən havalandırma, ventilyasiya və istilik sistemlərinin Azərbaycana gətirilməsi və satışının həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. "NewCond" eyni zamanda dünyaca məşhur “Vaillant”, “Kermi”, “Beretta”, “Gruppo Ragaini” şirkətləri ilə əməkdaşlıq edir.
"NewCond" şirkəti “Servis Müdiri Köməkçisi” vakansiyası elan edir.
İş barədə:
- Gündəlik satılan kondisionerlərin ünvanlara çatdırılmasını və quraşdırılmasını qrafiklər əsasında təşkil etməli;
- Aidiyyatı üzrə daxil olan telefon zənglərini cavablandırmalı, uyğunsuzluğu aradan qaldırmalı və ya yönləndirməli;
- Kondisionerlərin təmiri ilə əlaqədar ustaları ərazilərə yönləndirməli, işlərin görülməsi və ya malların təhvil verilməsi ilə bağlı müştərilərin məmnunluğunu yoxlamalı;
- Rəhbərliyin digər tapşırıqlarını həyata keçirməli və hesabatları hazırlamalı.
Namizədə dair tələblər
- Ali təhsil (Mexanika, fizika, riyaziyyat və ya texniki sahəsində) və ya orta ixtisas;
- Kondisionerlər barədə texniki bilik və bacarıqların olması;
- İş təcrübəsi: müvafiq sahə üzrə minimum 2 il;
- Yaş həddi 25-35.
Bilik və təcrübə
- Dil bilikləri: Azərbaycan dili (əla), rus dili (yaxşı), ingilis dili (orta);
- Ms. Office proqramları, AutoCad (mütləq deyil), 1C 8.2.;
- idarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik olmalıdır;
- Düzgün yazılı və şifahi ünsiyyət qurma bacarığı olmalıdır;
- Əməkhaqqı – 600-700 AZN (Əməkhaqqı müsahibənin nəticəsinə görə təyin edilə bilər).
CV-lərinizi [email protected] ünvanına "Servis Müdiri Köməkçisi" başlığı ilə göndərməyiniz xahiş olunur.