İpoteka Kreditləri üzrə Mütəxəssis

İşin təsviri

“ABB” ASC Filial şəbəkələrinə İpoteka Kreditləri üzrə Mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 İpoteka kreditləşməsinin şərtləri üzrə müştərilərin konsultasiyası;
 Müştərinin ödəmə qabiliyyətinin öncədən qiymətləndirilməsi;
 Seçilmiş kreditləşmə proqramının şərtləri üzrə hesablama;
 Sövdə ərzində müştərinin aparılması;
 Borc alanın və daşınmaz əmlak üzrə sənəd paketinin mövcud qanunvericiliyə və Bankın daxili prosedurlarına uyğun olmasının yoxlanılması;
 Kredit və təminat sənədlərinin sövdə üçün hazırlanması;
 İpoteka sövdələri məsələləri üzrə üçüncü şəxslərlə (sığorta və qiymətləndirən şirkətlər) qarşılıqlı əlaqənin qurulması;
 Müştərilərin və onların nümayəndələrinin ipoteka sövdələrin təşkilatı və keçirilmə məsələlərlə bağlı konsultasiyası;
 Verilən kreditlərin Bankda qəbul edilmiş standartlara uyğun olmasına nəzarət;
 Kreditin məqsədli istifadəsini təsdiq edən sənədlərin Bank tərəfindən vaxtında alınmasına nəzarət;
 müştəri işinin arxivləşdirilməsi.
 Bankda qəbul edilmiş standartlara uyğun sövdə üçün lazımi sənədlərin elektron şəkildə hazırlanması;
 Sövdənin hazırlanma və keçirilmə zamanı notariat və daşınmaz əmlakın qeydiyyatı üzrə dövlət orqanları ilə operativ əlaqə;
 Filial rəhbərinin tapşırıqlarına uyğun öhdəliklərin yerinə yetirməsi;

Namizədə tələblər:

 Ali İqtisadi Təhsil;
 Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
 İpoteka kreditləşməsi üzrə analoji vəzifədə ən azı 3-5 illik təcrübənin olması.

Əlavə səriştə və fərdi keyfiyyətlər:

 Müştərilərə keyfiyyətli konsultasiya vermə bacarığı, loyallıq, fəallıq;
 Yüksək təqdim etmə, təşkilatçılıq və satış qabiliyyəti;
 Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
 Məsuliyyətli və təşəbbüskar olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 may 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “ipoteka kreditləri  üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az