İnşaat Mühəndisi

İşin təsviri

Azərbaycan Höküməti və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilən «Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi» Layihəsinin icrası təşkilatı olan Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu aşağıdakı vakansiyalar üzrə sənədlərin qəbulunu keçirir:

İnşaat Mühəndisi

 Tələb olunan ixtisaslar:

 Təhsil:
 İnşaat mühəndisliyi, sənaye və mülki tikintisi  və ya oxşar sahələr üzrə ali təhsil (minimum 
 bakalavr dərəcəsi, magistr dərəcəsinə üstünlük verilir);
 Təcrübə və biliklər.
 Tikinti işlərinin layihələndirilməsi, xüsusilə də tikinti obyeklərinin nəzarəti sahəsində ən azı  5 il   
 iş təcrübəsi;
 Tikinti norma və standartlarını, tikinti bazarında material, avadanlıq və əməyin qiymətləri  
 haqqında geniş biliklərə malik olmaq;
 Şəhərsalma, evtikmə və oxşar sahələrdə iş təcrübəsi olanlara üstünlük verilir;
 Məcburi köçkünlərlə ən azı  3 il iş təcrübəsi çox vacibdir;
 Bacarıqlar.
 Azərbaycan və rus dillərini sərbəst bilməli (ingiliş dilini bilənlərə üstünlük verilir);
 Komputer proqramlarından mükəmməl istifadə etmə bacarığı  (MS Windows, MS Excel, 
 Word).

Qeyd olunan əməkdaşlar Dünya Bankının Təlimatlara: «Dünya Bankının Borcalanları tərəfindən Məsləhətçilərin seçilməsi və işə götürülməsi» (2004-cü ilin may, 2006-cı ilin oktyabr, 2010-cü ilin may,2014-cü ilin iyul ayında düzəlişlər edilmişdir) və qaydalarına uyğun olaraq seçiləcək.

Namizədlər CV-lərini, tərcüməyyi-hallarını və diplomlarının surətlərini aşağıdakı ünvana və ya elektron poçtla 22 may 2017-cı il, saat 18.00-dək MKSİF-in Satınalmalar şöbəsinə  təqdim etməlidir.

Bakı şəhəri, Tbilisi prospekti 57D,
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

Telefon: (99412) 4318703; 4318769
Faks: (99412) 4318211
E-mail: [email protected]