Maliyyə Analitiki
• Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqini zamanı hesabatların hazırlanmasında menecerlərə yaxından kömək etmək
• Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili
• Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
• Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası.
Namizədə tələblər:
• İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil
• ACCA , CIMA CFA üzrə biliklər,
• Ümumi IFRS-i biliyi
• Maliyyə və ya mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi
• Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
• Problemlərin həll etmə bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
Əmək haqqı: Namizəddən asılı olaraq müəyyən ediləcək.
Maraq göstərən şəxslər CV-lərini "mövzu" yerinə “Maliyyə Analitiki" sözünü qeyd etməklə [email protected] mail adresinə göndərə bilərlər.