Növbə ustası (Turşu istehsalı üzrə)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 27.04.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın adı: Növbə ustası (Turşu istehsalı üzrə)

Namizədə aid tələblər:

- 30 - 40  yaş aralığında kişi;
- Ali təhsilli olmalı;
- Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi (Turşu  məhsulları üzrə) ;
- MS Office proqramlarını bilməli;
- Keyfiyyət parametr və göstəricilərini bilən;
- Təhlil və hesabat vermə bacarığı;
- İdarəetmə qabiliyyəti, ünsiyyət qabiliyyəti və qərar vermə bacarığı olmalı.

İş haqqında məlumat:

- İstehsal bölməsinə gələn əmrlərə uyğun tabeçiliyində işləyən işçiləri və itehsal xəttlərini idarə etmək,
- İstehsal prosesində məhsullara nəzarət edərək lazımi tədbirləri görmək,
- Keyfiyyət və proses parametrlərinə (istilik, təzyiq, sürət göstəriciləri) əsasən qərar vermək,
- Planlanmış və istehsal olunmuş məhsul miqdarını qarşılaşdırmaq, zay olmuş məhsulları hesablamaq, istehsal prosesinin keyfiyyət, sərfiyyat göstəricilərinə görə  istehsal həcmini hesablamaq.
 - Avadanlıqlarda yaranmış texniki nasazlıqları həll etmək,
 Növbə boyunca istehsal parametrlərinin qeydiyyatının aparılması,
- Növbəni təhvil verərkən komanda yoldaşlarına növbə ilə əlaqəli bütün məlumatların verilməsi,
- Növbə ərzində yaranmış hər hansı uyğunsuzluq zamanı İstehsalat müdirinə məlumat vermək,
- Məsuliyyətində olan avadanlıqların texniki parametrləini bilməlidir,
- İşçilərin texniki təhlükəsizlik qaydalarına uyğun çalışmasını təmin etmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 12.05.2017-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Növbə ustası (Turşu istehsalı üzrə)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İşəgötürənin reytinqi