Marketinq Meneceri

  • Medeks Hospital
  • Elanın qoyulma tarixi: 26.04.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

o Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o Marketinq sahəsində minimum üç illik iş  təcrübəsi;
o Marketinq və bazar araşdırmalarını dərindən bilməli;
o Şöbənin işlərini planlaşdırma bacarığı;
o Məhsul tanıtımı və təqdimatıyla bağlı qabaqcıl nailiyyətlərə malik olmaq;
o Rus və ingilis dillərində səlist danışma bacarığı;

İş barədə məlumat

• Marketinq strategiyasını işləyib hazırlamaq və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsini təmin etmək;
• Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparmaq, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirmək;
• Məhsul və xidmətlərin yeni, əlavə satış kanallarının müəyyən edilməsini təşkil etmək;
• Bazarda rəqiblərin araşdırılması və onlar üzrə məlumat bazası yaradılmasını təşkil etmək və onu daimi təşmilləşdirmək;
• Satışın təşkilinə köməklik etmək;
• Eşitmə Mərkəzi imicinin formalaşdırılmasını təmin edən tədbirlər görmək;
• Yeni satış texnologiyalarının tətbiqi, və bu sahədə satış üzrə işçilərin hazırlanması;
• Call center-in xidmət fəaliyyətinin yaxşılaşdırılmasına nəzarət etmək;
• Satışa dəstək ola biləcək işlərin təşkili və həyata keçirilməsi.

E-mail: [email protected]