Satınalma meneceri

  • Medeks Hospital
  • Elanın qoyulma tarixi: 20.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Medeks MMC 2006-ci ildən bəri Bakıda tibbi və kosmetologiya sahəsində fəaliyyət göstərən Tibbi şirkət olaraq yaradılmışdır. Şirkət, fəaliyyət müddəti ərzində bu günə qədər 40-dan çox tibbi layihələr təqdim edərək həyata keçirmişdir. Hal-hazırda da Azərbaycan bazarında tibbi avadanlıq, sərfiyyat malları, kosmetoloji və implant məhsullarının satışı üzrə seçilən şirkətlərdəndir. Medeks MMC həmçinin layihələr üçün layihələndirici, dizayn, konsaltinq və texniki xidmətlər göstərməkdədir.

Satınalma meneceri

Tələblər:

- Ali təhsilin olması (tibbi təhsilin olması əlavə üstünlükdür) vacibdir
- Yüksək ünsiyyət qurma qabiliyyətinin olması
- Problemi sərbəst həll etmə qabiliyyətinin olması
- Vaxtdan səmərəli istifadə etmə qabiliyyətinin olması
- Dürüst, ciddi, səbirli və məsuliyyətli olmalı
- Öz üzərində işləmək həvəsi, analitik düşünmə və yenilikləri öyrənmək bacarığı
- İş təcrübəsinin olması vacib deyil, iş öyrədilir
- Təlimlərdə iştirak etmək üçün yaxın və uzaq işguzar səfərə hazır olması
- Yaş: 24-35
- Kompyuter biliyi (Word, Excel, Power point,Outlook)
- Dil bilikləri - Azərbaycan, Rus dillərini sərbəst, Ingilis dilini yaxşı səviyyədə bilməli

Vəzifələr:

- Satınalma üzrə tapşırıqların yerinə yetirilməsi
- Mövcud müştərilərlə əlaqələrin saxlanılması və inkişafı
- Daxil olan sorğulara müvafiq satınalma təkliflərinin hazırlanıb təqdim edilməsi
- Satış məqsədilə təqdimatların keçirilməsi
- Müştərilərlə ünsiyyət qurmaq və dəqiq məlumatı çatdırmaq bacarığı
- Mövcud bazarın və rəqiblərin analizi
- Bazarın tələbinə uyğun təkliflərin formalaşdırılması
- Müştərilərə sistemli şəkildə səfər etmək və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradılması;
- Aylıq hesabat vermək

İş şəraiti:

- AR Əmək məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki-5 günlük
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı razılaşma yolu ilə

Vakansiyaya uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına gözlədikləri əmək haqqı məbləğini qeyd etməklə göndərə bilərlər.
Dil bilikləri, bacarığı CV-də qeyd olunanlara uyğun olmayan namizədlər narahat etməsinlər.