Marketinq Departamentinə Mütəxəssis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 19.04.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Marketinq Departamentinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:

 Daxili və xarici mənbələrdən daxil olmuş və şəxsi ideyalar əsasında müasir bank bazarına uyğun, rəqabətə davamlı, Bankın strategiyasına uyğun gələn məhsul və xidmətlərin yaradılması üçün təkliflər vermək;
 Bankın məhsul və xidmət portfelində olan, cari bazar tələblərinə uyğun olmayan, köhnəlmiş məhsul və xidmətlərin müştərilərə təqdim edilən məhsul və xidmət portfelindən çıxarılması və yenisi ilə əvəz olunması üçün təkliflər hazırlamaq;
 Məhsulların satışının artırılması üçün müxtəlif tipli aksiyalarda iştirak etmək;
 Bazara yeni çıxarılmış məhsul və xidmətlərin satışları barəsində müvafiq olaraq hesabatları, təqdimatları  hazırlamaq və rəhbərliyə təqdim etmək;
 Yeni yaradılmış məhsulların biznes proseslərini təhlil etmək və çatışmazlıqları aradan qaldırmaq;
 Yeni məhsul ideyalarını yaratmaq üçün mütəmadi olaraq ön ofis əməkdaşları ilə fikir mübadiləsi aparmaq və onların təkliflərinin ideyaya çevrilməsinin təmin etmək;
 Qəbul olunmuş marketinq araşdırmaları planına uyğun olaraq daim bazar araşdırmaları aparılmaq, mövcud məhsul və xidmətlərin yeni bazarlarının, onların bazar qiymətlərinin və muştəri qruplarının müəyyənləşdirilməsi qaydaları ilə tanış olmaq;
 Marketinq araşdırmaları layihəsinin işlənib hazırlanması və müvafiq təsdiqdən sonra yerinə yetirilməsi prosesində iştirak etmək;
 CRM sistemi ilə işləmək, bankın müştəri seqmentinə uyğun olaraq marketinq addımlarını həyata keçirmək;
 Marketinq sahələri üzrə kampaniyalarında iştirak etmək;
 Bankın reklam və PR kampaniyalarında iştirak etmək.

Namizədə qarşı tələblər:

 Ali təhsil (marketinq və biznes sahəsi üzrə ali təhsil olanlara üstünlük verilir);
 Analitik təhlil qabiliyyəti olmalı;
 Azərbaycan və rus dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığına malik olmalı, ingilis dilini yaxşı səviyyədə bilməli;
 Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının sahib olmalı;
 Məlumatlandırma, detallara diqqət, peşəkarlıq və yüksək təzyiq altında işləmək bacarığının malik olmalı;
 Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər 27 aprel 2017-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Marketinq Departamentinə Mütəxəssis şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.