Yığım üzrə İnteraktiv Əlaqələr Mərkəzinə Mütəxəssis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 26.10.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“DəmirBank” ASC Yığım üzrə İnteraktiv Əlaqələr Mərkəzinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

28 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri: 

• Səhv ödənişləri təqib etmək və hesabatlığını hazırlamaq;
• Portfel üzrə hesbatlığı tərtib etmək;
• Müştəri üzrə məlumatları hazırlayıb tərtib etmək;
• Lazımi sənədləri (protokol, akt və s.) tərtib etmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Azərbaycan mükəmməl, rus və ya ingilis dillərini yaxşı səviyyədə bilməli;
• Microsoft Excel proqramını mükəmməl səviyyədə bilməli;
• Hesabatlıq sahəsində ən azı 1 illik iş təcrübəsinə sahib olmalı;
• Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 noyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Yığım üzrə İnteraktiv Əlaqələr Mərkəzinə Mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.