İstehsalat Rəisi (Lənkəran Çay Fabriki)

İşin təsviri

İstehsalat Rəisi

Gilan Kənd Təsərrüfatı Qrupu Lənkəran Çay Fabrikinə İstehsalat Rəisi vakansiyasına işçi elan edir.

Vəzifələri

• Şirkətin keyfiyyət siyasəti və fəlsəfəsinə uyğun olaraq Çay İstehsal Bölümünün işini təşkil etmək və istiqamətləndirmək
• Çay İstehsal Planına əsasən İstehsal işini təşkil etmək və rəhbərliyində olan sahələri, işçiləri, iş təlimatları əsasında təşkil etmək,
• Müəssisənin normal fəaliyyəti üçün istehsala uyğun işçi heyəti ehtiyaclarını müəyyən etmək, tələb etmək, sınaq müddətindən sonra işə uyğunluğuna nəzarət edib, qərar vermək və işə qəbul olunan əməkdaşların təlim ehtiyaclarını müəyyən etmək,
• Keyfiyyətə nəzarət və kritik nöqtələrinin təyin olunmasında, nəzarət metodlarının müəyyən edilməsində, keyfiyyət və proses metodalarının, dəyərlərinin hazırlanmasında, formaların təşkil edilməsində, prosedur, iş təlimatlarının hazırlanmasında əlaqədar əməkdaşlarla gözdən keçirmək, araşdırmaq, təyin və təsdiq etmək,
• Yeni Çay istehsal texnologiyalarının izləmək və tətbiq etdirmək,
• Çay İstehsal xərclərinin aşağı salınması üçün lazımı tədbirlər almaq,
• Məhsulun keyfiyyətinə təsir edən proseslərin müəyyənləşməsi və məsul şəxlərlə araşdırmalar təşkil etmək və aşkarlanan uyğunsuzluqların aradan qaldırılması.

Tələblər

• Ali təhsil
• Müvafiq sahədə 5 ildən çox iş təcrübəsi
• Şirkətin Keyfiyyət Siyasəti və Fəlsəfəsinə uyğun olaraq İstehsal Sistemini qurmağı bilmək,
• Dövlət Qanunvericiliyi bazasını və normativ texniki sənədləri hazırlama qaydasını bilmək,
• İstehsal texnologiyası və keyfiyyətinə, Dövlət Standartları tərəfindən qoyulmuş tələbləri bilmək, 
• Şirkətin aidiyatı olan bütün Müdriyyət, Əsasnamə, Əmək əsasları və Şirkət daxili qaydalarını bilmək.

Vakansiyaya müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edin: http://hr.gilanholding.com/v/3890#