Satış və Marketinq Meneceri

  • Synergy Group
  • Elanın qoyulma tarixi: 05.04.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə:  Satış və Marketinq Meneceri

Şirkətin adı: Synergy Group MMC

Yerləşdiyi yer : Bakı şəhəri

Synergy Group haqqında:

2010-cu ildə təsis edilmiş “Synergy Group” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir. “Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 1200-dən artıq iş yeri ilə birbaşa təmin edilir və ümumilikdə bizim müəssələrimizin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına təkan veririk. “Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” MMC-nin investisiya strategiyası yatırımların yüksək rentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.
 
Namizədə mütləq tələblər

Azərbaycan, Rus, İngilis dili biliyi 
Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi
Ali təhsil
Kompüter proqramları  bilikləri

Vəzifələr:

• Şirkətin Satış və Marketinq strategiyasının hazırlanması və strategiyanın tətbiqi üçün lazımi tədbirlərin planlaşdırılması və icrasının təmin etmək.

• Mövcud qanunvericilik, siyasət, strategiyalar və rəhbərlərinin əmrləri istiqamətində satış proqramına uyğun olaraq şirkətin daxili və xarici marketinq işlərini həyata keçirmək.

• Distribyutor satışlarını izləmək, nəzarət etmək, satış hədəflərinə çatmaq üçün lazımlı tədbir və dəstək üçün rəhbərinə köməkçi olmaq.

• Daxili və xarici bazar araşdırması həyata keçirmək, bazardakı inkişafları hesabat halına gətirmək.

• Satışla əlaqəli məlumatların və hesabatların hazırlanması

• Bazarda rəqib şirkətlərin marketinq və satış fəaliyyəti haqqında məlumat toplamaq, fikir və təkliflərini rəhbərlərinə təqdim etmək.

• Müştəri potensialını və bazar payını artırmaq mövzusunda araşdırmalar aparmaq və potensial müştərilər qazanmaq.

• Müxtəlif Marketinq layihələrini həyata keçirmək.

• Marketinq sahəsində minimum 5 il iş  təcrübəsi olmalı, ünsiyətcil və ictimai işləri müvəffəqiyətlə yerinə yetirməli,

Digər tələblər:

- Cins: kişi
- Yaş: 25-40

Əmək Haqqı 1000 AZN + bonuslar 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Satış və Marketinq Meneceri” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi