Marketinq Meneceri

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 02.04.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Collezione Italia hazırda Marketinq Meneceri vəzifəsi üzrə işçi qəbulu elan edir.

Vəzifənin məqsədi:

VIP səviyyəli müştərilərin cəlb olunması və Həyat Tərzi (lifestyle) adlı brendin yaradılmasını nəzərdə tutan Marketinq və PR-tədbirlərin həyata keçirilməsi.

Namizədə dair əsas tələblər:

• Yaş: 25-40;
• İqtisadiyyat, marketinq, biznesin idarə olunması sahəsində ali təhsil.
• Cins: qadın/kişi;
• Lüks inşaat sahəsindəki brendləri (santexnika dəstləri, kafel/metlax və s., hamam aksesuarları, divar kağızı (oboy), pərdə, qəndil (lüstr), qab-qacaq) bilmək.
• Azərbaycan, ingilis və rus dillərini mükəmməl səviyyədə bilmək;
• Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi (xüsusi ilə lüks məhsulları);
• Ofis proqramlarını yüksək səviyyədə bilmək (Word, Excel, Power Point, Outlook);
• Səlist danışaraq təqdimatlar keçirmək bacarığı.
• İxtisas, bilik və bacarıqlar:
• Marketinq araşdırma və təhlilinin aparılması, büdcənin formalaşdırılması və layihələri idarə etmək biliklərinə malik olmalı;
• Təhlillər apararaq hesabatların hazırlanması (Excel)
• Təqdimatların keçirilməsi;
• Danışıqların aparılması;
• Biznes planın tərtib olunnması.

Əsas vəzifə və öhdəliklər:

• Cilalı və biznes nəşriyyatları ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsi, nəşrlərin çap olunmasına dair təşəbbüslər;
• Reklam və informasiya xarakterli mətnlərin hazırlanması – pres-reliz, məqalə, şirkətin saytı və sosial şəbəkələr üçün kontent;
• Şirkətin lüks inşaat malları bazarında payının artırılması və brendlərin tanınması üçün səmərəli marketinq strategiyaları, plan və alətlərin hazırlanması və icrası;
• Müxtəlif reklam kampaniyalarının təşkilinə və keçirilməsinə nəzarət etmək;
• Bazar, müştəri məmnuniyyəti və rəqiblərin fəaliyyətinin araşdırılması, öyrənilməsi və yeni təkliflərin verilməsi;
• Yeni məhsul və xidmətlərin yaradılması və mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi;
• Mağaza və şourum-ların reklam və informasiya materialları ilə təmin olunması;
• Bazara yeni çıxarılan lüks malların təbliği və təşviqi üzrə marketinq, PR və digər tədbirlərin idarə olunmması.

Şərtlər:

• Rəqabət qabiliyyətli əmək haqqı;
• Peşəkar inkişaf və karyera yüksəlişi üzrə imkan və perspektivlər;
• Ödənişli əmək məzuniyyəti;
• İş məqsədləri üçün telefon kartı və danışıq limiti;
• Ay ərzində 4 gün istirahət;
• İş qrafki: saat 10:00-dan 19:00-ra kimi;
• Əmək müqaviləsi ilə rəsimləşdirmək.

Maraqlı namizədlərdən xahiş olunur ki, yalnız Azərbaycan dilində öz Portfolio (əvvəlki iş yerlərində əldə etdikləri uğurlu nəticələri) və şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Marketinq Menecer” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.