Satış üzrə Mütəxəssis

  • Office Lines LLC
  • Elanın qoyulma tarixi: 30.03.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Satış üzrə Mütəxəssis

Şirkət barədə məlumat:

Office Lines MMC Azərbaycanda ofis ləvazimatları və dəftərxana mallarının korporativ satışı sahəsində aparıcı şirkətlərdəndir. 700-dən artıq korporativ müştəri bazası, 16-illik korporativ satış təcrübəsi olan şirkət keyfiyyətli məhsul və xidmətlərin ən effektiv qaydada təchizatına, yüksək səviyyəli müştəri xidmətinə və vaxtında çatdırılmaya zəmanət verir.

Namizədə tələblər:

- Əvvəlki satış təcrübəsi və ya satış yönümlü düşüncə tərzi, bilik və bacarıqlar
- Effektiv dil bilgiləri (Azərbaycan və Rus dili əla səviyyədə olmalıdır; orta səviyyəli ingilis dili üstünlükdür)
- Ünsiyyət qabiliyyəti (şifahi və yazılı); email vasitəsilə ünsiyyət bacarığı 
- Müştəri ehtiyaclarını müəyyən etmək və onları qarşılamaq bacarığı
- Təqdimat bacarıqları, şirkətin məhsul və xidmətlərini ən effektiv yollarla təqdim edə bilmək
- Müştəri yönülmü düşüncə tərzi
- Təşəbbüs göstərmək və verilmiş tapşırıqları vaxtında və effektiv yernə yetirmək bacarığı 
 
İş funksiyaları:

- Təyin edilmiş aylıq/rüblük plana əsasən satış funksiyalarını yerinə yetirmək (müştəri görüşləri, təkliflər, zənglər və s.) 
- Mövcud müştəri bazasını genişləndirmək; yeni müştərilər axtarmaq
- Müştəri üçün koordinator rolunu icra etmək; ortaya çıxan problemləri həll etmək 
- Müştəri məmnuniyyəti və müştərilərin şirkətdə saxlanması üçün əlindən gələni etmək;
- Azərbaycanda meydana gələn yeni iş sahələri və şirkətlər barədə məlumatlı olmaq və Satış Müdirini müvafiq qaydada məlumatlandırmaq 
- Mütəmadi olaraq müştəri ofislərini ziyarət etmək, hər hansı çatışmazlıqları aşkar etmək və aradan qaldırmaq 
 
Əlaqə məlumatları: göstərilən vakansiya ilə maraqlananlar CV-lərini emailin mövzu hissəsində “Satış üzrə Mütəxəssis” vəzifəsini qeyd etməklə, [email protected] ünvanına göndərə bilərlər.