Maliyyə işləri üzrə Mütəxəssis
• Günlük ve aylıq maliyə xərclərini yazmaq
• Büdcəni planlaşdırmaq və planlamanın icrasına nəzarət etmək;
• Nağd vəsaitlərin hərəkətinə nəzarət etmək, onların gələcək istiqamətlərini əvvəlcədən xəbər verməklə planlamanı tərtib etmək;
• Müştərilərlə əlaqələr saxlamaq və hesablaşmaq;
• Xərclərin azaldılması imkanları üçün təhlil və dəyərləndirmələr aparmaq;
• Köçürmələrin və ödənişlərin hazırlanmasını həyata keçirmək;
• Kreditor və Debitor borclara nəzarət etmək;
• Ödənişlərin düzgünlüyünü yoxlamaq və təsdiq prosesinə nəzarət etmək;
• İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
• Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlanması, mühasibat sənədlərinin saxlanılmasına nəzarətin edilməsi, onların müəyyən edilmiş qaydada arxivə təhvil verilməsi üçün rəsmiləşdirilməsi;
• Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icrası və sənədlərin tərtib edilməsi
Namizəd barədə tələblər
• Təhsil - Ali iqtisadi təhsil
• Yaş həddi – 21-25
• Universitet giriş balı 550+
• Dil bilikləri: Rus və İngilis dili əla səviyyədə
Bilik və bacarıq
• MS Office üzrə biliklər
• Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını, uçot və hesabatı, hesabatların plan və korrespondensiyasını bilməli
• Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını bilməli
• İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli
İş şərtləri
• İş qrafiki - 6 günlük
• Telefon limiti şirkət tərəfindən qarşılanır
Namizədlərdən CV-ni mövzu yerində “Maliyyə işləri üzrə Mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.