Dərzi Dizayner
Yeni qurulmaqda olan şirkətə dərzilikde təcrübəsi olan, müxtəlif geyimlərə dizayn verə biləcək əməkdaş tələb olunur.
Tələblər
- Müxtəlif paltarların tikilməsində təcrübə ( T-shirt, qısa qol-uzunqol köynəklər, kişi, qadın, uşaq alt paltarları, müxtəlif yüngül idman geyimleri və s.)
- Müxtəlif tikiş avadanlıqlarının işləmə prinsiplərini bilmək və rəhbərliyə müxtəlif avadanlıqların seçilməsində kömək edə bilmə qabilliyəti
- Müxtəlif tip parçaların yararlığını təyin etmək qabilliyəti
- Geyimlərə müxtəlif tip yeni dizaynlar vermək qabilliyəti
- Sexə seçiləcək işçilərin bacarığını yoxlamaq
İş barədə məlumat
Uğurlu namizəd yeni qurulacaq kiçik tikiş sexinə lazım olan avadanlıqların seçilməsində, işə salınmasında rəhbərliyə yaxından kömək edəcək və sex tam işlək vəziyyət gəldikdən sonra işin gedişinə, müxtəlif tip parçaların alınmasına, geyimlerin tikişinə və dizayn olunmasına rəhbərlik edəcək. 23-40 yaş arası qadın namizədlərə üstünlük veriləcək.
Əmək haqqı razılaşma yolu ilə.
CV-lərinizi azərbaycan dilində mövzu yerinde "Dərzi Dizayner" yazaraq [email protected] ünvanına mart ayının 31-nə qədər göndərməyiniz xahiş olunur.
Telefon: 055 425 21 43