Satış üzrə Mütəxəssis

  • Technoil MMC
  • Elanın qoyulma tarixi: 21.02.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış üzrə Mütəxəssis

Vəzifələr:

- Satış mərkəzlərini ziyarət edərək sifarişləri qəbul etmək;
- Gundəlik ərazidə görülən işləri və sabahki iş planını satış meneceri ilə müzakirə etmək;
- Müştəri borclarındakı hərəkətliliyini yoxlamaq;
- Ziyarət sayı, effektivlik dərəcəsi və götürülməyən sifarişlərin səbəblərini araşdırmaq;
- Həyata keçirilən kampaniyalarla bağlı müştəriləri düzgün məlumatlandırmaq;
- Problemli müştərilə haqqında rəhbərliyi vaxtında məlumatlandırmaq;
- Ərazisində yeni satış nöqtələri tapmaq, müştərilər cəlb etmək;
- DPSM prinsiplərinə riayət edir:

1. Distribution (Distribyutorluq) - Bütün növ məhsulların satış nöqtələrində olmasını təmin etmək;
2. Pricing (Qiymət siyasəti) - Şirkətin qiymət siyasəti ilə bütün satış nöqtələrindəki müştəriləri tanış edir, qiymət təkliflərini irəli sürür;
3. Shelfing (Şelfinq) - şirkətin təmsil etdiyi məhsulların satış nöqtələrindəki piştaxtalarda əvəlcədən müəyyən olunmuş qaydada düzülüşünü təmin etmək;
4. Merchandising (Merçendaysinq) - şirkətin təmsil etdiyi məhsullara aid reklam ləvazimatlarından düzgün istifadəsini təmin etmək;

Tələblər:

- Məhsulların çeşidini, növünü, tərkibini, qiymətini, saxlanma şəraitini, daşınma qaydalarını, son istifadə tarixini bilmək;
- Marketinq və bazar seqmentlərinin əsaslarını bilmək;
- Keçirilən aksiya və endirim kampaniyalarının şərtlərini və aktiv olma müddətini bilmək;
- Məhsulların müştərilərə verilmə şərtini və vitrində düzülmə qaydalarını bilmək;
- İşlədiyi ərazini və o ərazidə fəaliyyət göstərən ticarət nöqtələrini bilmək;
- İşgüzar ünsiyyətin əxlaqını, peşə etiketikasına aid olan qaydaları, davranış etikasını bilmək;
- Satışın psixologiyası və prinsiplərini bilmək;

Yaş: 22-35 yaş;

İş təcrübəsi: 2 ildən 5 ilə qədər;

Mühərrik yağlarının satışında çalışanlara üstünlük verilir;

Şəxsi avtomobilin olması mütləqdir.

İş şəraiti:

İş qrafiki həftənin 6 günü;
İş saatı 1-5-ci günlər 09.00-dan 18.00 kimi, 6-cı gün 09.00- dan 17.00 a qədərdir.
Telefon danışıqları , amortizasiya, benzin xərcləri şirkət tətrəfindən ödəniləcəkdir;

E-mail: [email protected]