Laboratoriya Müdiri/Baş Kimyaçı Mühəndis (Gəncə)

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 05.02.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

AzerGold QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiya barədə məlumat:

Laboratoriya müdiri/Baş kimyaçı mühəndis  

İş yeri: Gəncə

Əsas vəzifə və öhdəliklər:

• Mədən Laboratoriyasında işlərin düzgün təşkili və idarə edilməsi;
• Laboratoriya işcilərinin işinə nəzarət etmək;
• Hesabatların hazırlanması;
• Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və saz saxlanılmasına nəzarət etmək;
• Mədən və hasilat sahəsində olan bütün nümunələrin analizlərinin aparılması, işlərə nəzarət, digər bölmələrlə işlərin koordinasiyası, təchizat üçün sifarişlərin hazırlanması, Laboratoriya işinin planlaşdırılması.

Tələb olunan bilik, bacarıq, iş təcrübəsi və səriştələr:

• Müvafiq sahədə ali təhsil;
• 5 ildən az olmayaraq oxşar sahədə iş təcrübəsi;
• Microsoft Office və sahəsi üzrə proqramlarda işləmək bacarığı;
• Xarici dil biliyi:  İngilis və Rus dilləri;
• İstehsal sahəsinin keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli;
• Liderlik və idarəçilik qabiliyyət;
• Mədən (Fire assay, AAS, İCP və.s) laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir;
• Vəzifə borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, ixtisasını daim   
təkmilləşdirməlidir;
• Regionda işləmək, ehtiyac olarsa yaşamaq.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Laboratoriya müdiri/Baş kimyaçı mühəndis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi