Maliyyə Nəzarətçisi (Lənkəran/Quba)

  • Gilan Holding
  • Elanın qoyulma tarixi: 01.02.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Maliyyə Nəzarətçisi (Lənkəran/Quba)

Öhdəliklər:

• Pul, mal-material və qiymətlilər üzrə idarəetmə sisteminə nəzarətin həyata keçirilməsi;
• Pul vəsaitləri və onların ekvivalentlərinə nəzarət prosedurlarının inkişaf etdirilməsi;
• Gündəlik pul mövqeyini müəyyən etmək üçün proseslərin və sistemlərin inkişaf etdirilməsi;
• Şirkət daxili maliyyə əməliyyatlarının izlənməsi və idarə edilməsi;
• Pul vəsaitlərinin istifadəsi və mənbələrin proqnozlaşdırılması;
• Resursları İdarəetmə, qiymətləndirmə və xarici valyuta mövqeyi üzrə istiqamətlərin müəyyən edilməsi yollarının təklifi;
• Xammal istifadəsi üzərində nəzarət mexanizmlərinin inkişaf etdirilməsi;
• Ödəniş proseslərinin idarə edilməsi və müvafiq qanunvericiliyin tələblərinə uyğun nəzarət funksiyalarının tətbiqi;
• Xəzinə əməliyyatlarının aparılması qaydalarının qanunauyğunluğunun təmin edilməsi, uçotunun aparılması və idarə edilməsinə nəzarət.

Namizəddə tələblər:

• MBA, maliyyə, iqtisadiyyat, statistika və ya digər oxşar sahələrdə təhsil.
• Maliyyə uçotu, xəzinə, maliyyə nəzarəti sahələrində minimum 5 illik təcrübə;
• Mühasibat uçotu, xəzinə əməliyyatları, maya dəyərinin uçotu və vergi qanunvericiliyi sahələrində biliyə sahib olmaq;
• Yüksək analitik, ünsiyyət və təqdimat bacarıqları.

Uyğun namizədlər aşağıda qeyd olunan ünvanlardan müraciət edə bilərlər:

http://hr.gilanholding.com/v/1710#

http://hr.gilanholding.com/v/3331#