Baş Aşbaz - Qənnadçı

İşin təsviri

Ayma Alyans

Vəzifə: Baş Aşbaz - Qənnadçı

Şirkət: Ayma Alyans QSC (Sinteks Şirkətlər Qrupu)

Sahə: Xidmət

Əsas vəzifə öhdəlikləri:

-          Mətbəx personalını idarə etmək, motivasiya etmək və həvəsləndirmək.
-          İstehsal sahəsinə yeni işçilərin işə qəbul edilməsinə kömək etmək.
-          Yeni işçilərə firmasının mədəniyyətinə, üsullarına və standartlarına uyğun olaraq təlim keçmək.
-          Firmasının üsullarının və reseptlərinin istifadəsinə nəzarət etmək.
-          Hazırlanmış məhsulların keyfiyyətinə zəmanət vermək.
-          Gecikmə müddətlərinə və vaxt qrafiklərinə riayət olunmasını təmin etmək.
-          Gigiyena və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.
-          İstehsal prosesinə riayət olunmasını təmin etməklə bərabər, istehsal olunan məhsulların gəlirliliyinə zəmanət vermək
-          Brend reseptlərinin məxfiliyini qorumaq.
-          Xammal, proses və ya yeni istehsal texnologiyaları üçün bazar araşdırması aparmaq.
-          Seriya məhsulların istehsal prosesini həyata keçirmək.
-          Müştərilərin xüsusi sifarişlərindən məlumatlı olmaq, təkliflər irəli sürmək
-          Təchizatçıları seçmək və təchizatçılarla münasibətləri idarə etmək.
-          Müdiriyyətin və birbaşa rəhbərin bilavasitə əlaqəli digər göstərişlərinin icrası.

Tələblər:

-         27-40 yaş həddi ,
-         Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
-         Aşbaz Qənnadçı peşəsi üzrə təhsil və sertifikatların olması

Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini [email protected] ünvanına mövzuda “Baş Aşbaz-Qənnadçı” qeyd etməklə göndərə bilərlər.

İşəgötürənin reytinqi