Telesatış Mütəxəssisi və Çağrı Mərkəzinə Operator

İşin təsviri

Telesatış Mütəxəssisi və Çağrı Mərkəzinə Operator tələb olunur.

Vəzifənin təsviri:

Şirkətin bütün mövcud resurslardan istifadə edərək abonentlərə məhsul/xidmətlər ilə bağlı təmkinli şəkildə ətraflı məlumat təqdim etmək, müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək, eləcə də şirkətin xidmət və məhsullarının satışını həyata keçirmək.

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil (natamam ola bilər)
• Ünsiyyətcillik
• Fikrini aydın ifadə etmək bacarığı
• Təmkinlik
• Səbr
• Stresədavamlılıq
• Yüksək satış bacarığı (iknaetmə qabiliyyəti)
• Problemlərin çevik və pozitiv həlletmə baçarığı
• Çox sayda informasiyayla operativ və analitik işləmə bacarığı
• Kompüter bilikləri: MS Office
• Dillər: Azərbaycan, Rus, Ingilis
• Əlavə olaraq sığorta sahəsində təcrübə arzuolunandır

Əmək haqqı – 600-800 AZN (net) + satışdan bonus

Vakansiyaya uyğun şəxslər CV-lərini “Telesales” başlığı (subject) ilə [email protected] mail ünvanına göndərə bilər.