Müştəri xidmətləri təmsilçisi

İşin təsviri

Müştəri xidmətləri təmsilçisi

1999-cu ildən etibarən Azərbaycanın Telekom bazarında fəaliyyət göstərən və sahənin liderlərindən biri olan "Digital Services" şirkəti öz peşəkar Əlaqə Mərkəzinə aktiv və pozitiv gəncləri axtarır!

  Azərbaycan və Rus dillərində sərbəst danışmaq,
  çox sayda gələn zəngləri yorulmadan, ruhdan düşmədən cavablandıracaq qədər səbrli, təmkinli,
  insanlara kömək etməkdən zövq alan,
  xeyirxah biri olmaq kifayətdir - qalan hər şeyi biz sizə öyrədəcəyik.

Təcrübə tələb etmirik - təcrübəni biz veririk!

Şərtlər:

1. Əmək müqaviləsi
2. Əməkhaqqı 400 AZN (net) + bonuslar
3. 8 saatlıq iş rejimi (növbəli, günün fərqli saatlarında başlayan növbələr, axşam gec saatlarında bitən növbələr həmçinin)
4. Həftədə 2 istirahət günü (şənbə-bazardan fərqli günlər ola bilər)

Tələblərə uyğun gəlirsizsə və peşəkar komanda ilə təcrübə qazanıb karyera qurmaq istəyirsizsə, CV-nizi MX-2018 başlığı ilə [email protected] e-mailinə göndərin.