Müştəri Xidmətləri təmsilçisi

İşin təsviri

Azərbaycanın ilk kontent provayderi, 1999 ildən etibarən Telekom bazarında işləyən “Digital Services” şirkəti öz peşəkar Əlaqə Mərkəzinə Müştəri Xidmətləri təmsilçisi vəzifəsinə aktiv və pozitiv gəncləri axtarır!
 
Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq, çox sayda gələn zəngləri yorulmadan, ruhdan düşmədən cavablandıracaq qədər səbrli və təmkinli, insanlara kömək etməkdən zövq alan, xeyirxah biri olmaq kifayətdir - qalan hər şeyi biz sizə öyrədəcəyik. 
 
Şərtlər:

1. Əmək müqaviləsi
2. Əməkhaqqı 400 AZN (net) + bonuslar
3. 8 saatlıq iş rejimi (növbəli, günün fərqli saatlarında başlayan növbələr)
4. Həftədə 2 istirahət günü (şənbə-bazardan fərqli günlər ola bilər)

Tələblərə uyğun gəlirsizsə və bu işdə özünüzü sınamaq istəyirsizsə, CV-nizi CC-2018 başlığı ilə [email protected] e-mailinə göndərin.

Peşəkar təcrübəmizlə bölüşmək üçün sizi gözləyirik!