Biznesin İnkişafı və Satış Meneceri

  • Oil Supply LLC
  • Elanın qoyulma tarixi: 23.01.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət adı: OIL SUPPLY MMC

Vəzifə: Biznesin İnkişafı və Satış Meneceri

Yerləşmə: Badamdar Yolu 156, AZ1012  Bakı, Azərbaycan

Bİ Menecerinin öhdəlikləri

• Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
• Şirkətin təklif etdiyi mallar barədə məlumatların öyrənilməsi
• Satış strukturunun təşkilini bilmək
• Satış həcmini planlaşdırmaq və plana uyğun yerinə yetirmək;
• Yeni müştərilərin cəlb olunması və müştəri bazasını yaratmaq;
• Bazarın təhlili, araşdırmaların aparılması
• Şirkətin təklif etdiyi mallar üzrə rəqib şirkətləri analiz etmək;
• Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
• Müştərilərə ziyarət nəticələrinin izlənilməsi;
• İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
• Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların verilməsi;
• Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
• Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
• Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
• Müştəri ödəmələrinin izlənilməsi

Tələblər:

• Ali təhsil
• Biznesin inkişafı və satışın təşkili işində min. 3 il iş təcrubəsi;
• Analitik düşünmə bacarığı;
• Ünsiyyətcil, səlist və aydın danışıq qabiliyyətinin olması
• Təqdimat bacarığının olması
• Komputer biliyi (Ofis proqramları);
• Dil biliyi: Azərbaycan və Rus əla , ingilis dilini yaxşı səviyyədə bilənlərə üstünlük verilir;
• Yaş: 22-40;
• Şəxsi avtomobilin olması mütləqdir.

Şirkət barədə məlumat:

2011-ci ildən fəaliyyət göstərən "OİL SUPPLY" Məhdud Məsuliyyətli Cəmiyyəti  Neft-Qaz, Neft-Kimya, Enerji istehsalı, Aviasiya, Gəmiqayırma və İnşaat sektorunda, habelə ətraf mühütün mühavizəsi və ümumi sənayə sahələrində fəalliyyət göstərən müəssisələr üçün dünyanın müxtəlif brendlərini təmsil edən partnyor şirkətlərin geniş çeşidli məhsullarının təchizatı ilə məşğul olur. Təklif etdiyimiz  yüksək keyfiyyəti və sifarişlərin vaxtlı vaxtında çatdırılması rəqiblər arasında fərqlənməmizə şərait yaradır

OIL SUPPLY MMC-nin təchiz etdiyi məhsullar: Şirkətin istehsal etdiyi işçi geyimləri (standart, odadavamlı vəya reflektiv variantda hazırlanmış gödəkçələr, kombinezonlar, yarım-kombinezonlar, yağış-örtükləri, əlcəklər, T-shirt köynəklər, Polo köynəklər və s.). Avropa, Türkiyə, BƏƏ, Şərqi Asiya ölkələrinin istehsalçılarının yüksək keyfiyyətli işçi ayaqqabıları, fərdi qorunma vasitələri (dəbilqələr, sipərliklər, gözqoruyucu eynəklər, qulaq tıxacları, bədən qoşquları və s.), ilkin yardım vasitələri, işarə lövhələri, xüsusi maneələr, habelə ümumi inşaat sektorunda istifadə olunan müxtəlif mallar (elektrikli alətlər, nərdivanlar, yol hərəkət və təhlükəsizlik nişanları).

Biznes portfelimizin önəmli segmentlərindən biri də qaynaq işləridir. Şirkətimiz qaynaq sektorununda tanınmış YILDIZGAZ(Türkiyə) və HARRIS (ABŞ/Polşa) istehsalçı zavodların Azərbaycanda rəsmi partnyorudur. Şirkətin digər vacib fəaliyət sahəsi Azərbaycan rəsmi distribyutoru olduğumuz ELORA (Almaniya) və İZELTAŞ (Türkiyə) kimi istehsalçılarının  yüksək keyfiyyətli işçi alətlərinin satışı işinin təşkilidir.

Ünvan: Bakı şəhəri, Badamdar Yolu 156, AZ1021, Azərbaycan Respublikası

Maaş: təcrübədən asılı olaraq interview əsasında bildiriləcəkir.
 
Iş vaxtı: tam iş vaxtı
 
Göndərilən məktubun Mövzu yerində “Biznesin İnkişafı və Satış Meneceri” sözünü qeyd edin.
E-mail: [email protected]