Maliyyə Departamentinin Direktoru

İşin təsviri

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə

"Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.
 
"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə: Maliyyə Departamentinin Direktoru

Departament / şöbə: Maliyyə Departamenti

Əsas vəzifə və öhdəliklər

 Cəmiyyətin maliyyə fəaliyyətinin mühasibat uçotu və hesabatlarında düzgün əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti;
 Maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtibi və təqdim edilməsinin təşkili və nəzarəti;
 Məhsulların, iş və xidmətlərin qrupları üzrə maya dəyəri hesabatlarının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqı, bonus və mükafatların hesabatlarının düzgün tərtibi və nəzarəti;
 İnzibati, satış və digər xərclərin, debitor və kreditor borclarının və digər hesabatların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
 Dövrü maliyyə hesabatlarının daxili və xarici auditorlar tərəfindən yoxlanılması üçün hazır edilməsi;
 Maliyyə ilə əlaqədar qərarlar qəbul etmək və ya qərarların verilməsi prosesində iştirak etmək;
 Maliyyə Departamentinin tabeçiliyində olan əməkdaşların, Cəmiyyətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməli;

Namizədə dair tələblər

 Mühasibatlıq, maliyyə və ya müvafiq sahədə ali təhsil;
 30-40 yaş həddi;
 Minimum 5 il mühasibat, maliyyə audit sahəsində iş təcrübəsi (Pərakəndə ticarət şirkətlərində müvafiq vəzifədə təcrübəsi olanlara üstünlük veriləcək);
 Beynəlxalq və milli mühasibat uçotu standartları üzrə biliklər;
 Əmək və Vergi məcəllələri, DSMF-nin aidiyyatı qanunvericilik bazası haqqında biliklər;
 ERP (1C və s.) sistemlərindən yaxşı səviyyədə istifadə təcrübəsi;
 MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
 Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
 ACCA, CİMA, CFA üzrə sertifikatlar üstünlükdür;
 İşgüzar ünsiyyət və danışıqlar aparılması, kollektiv idarə etmə bacarıqlarının olması;

İş şərtləri

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
 Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.

Müraciət üçün son tarix: 20/02/2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Maliyyə Departamentinin Direktoru” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi