İşin təsviri
                
                
                                
                İş şəraiti
	- İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
 
	- Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
 
	- Məşğulluq növü: Tam ştat
 
Vəzifə öhdəlikləri:
	- Müştərilərlə düzgün və peşəkar ünsiyyət qurmaq, layihələr (mənzillər) haqqında dolğun və ətraflı məlumat vermək;
 
	- Müştəri suallarını əsaslandırılmış formada cavablandırmaq və layihənin keyfiyyəti, fərqləndirici xüsusiyyətləri barədə məlumat təqdim etmək;
 
	- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun çalışmaq;
 
	- Satışı stimullaşdırmaq üçün təkliflər vermək;
 
	- Müştəri bazasını genişləndirmək, yeni müştərilərin cəlb edilməsi üçün ideyalar irəli sürmək;
 
	- Satışdan sonrakı proseslərə nəzarət etmək və müştəri xidmətlərinin keyfiyyətinə nəzarət etmək.
 
Tələblər:
	- Müvafiq sahədə iş təcrübəsi, real estate sahəsində minimum 1 il iş təcrübəsi;
 
	- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
 
	- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
 
	- Rus dili bilikləri arzuolunandır;
 
	- Komandada işləmək bacarığı.
 
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.