Brokerlərlə İş üzrə Təcrübəçi

  • TREVA
  • Elanın qoyulma tarixi: 21.11.2025

İşin təsviri

İş şəraiti:

  • İş rejimi: Full-time
  • Məkan: Bakı, Azərbaycan

Vəzifənin məqsədi:

  • Brokerlərlə əməkdaşlığın təşkili və idarə edilməsində şöbəyə dəstək vermək, gündəlik prosesləri izləmək, sənədləşmə və kommunikasiya fəaliyyətlərində iştirak etmək.

Əsas vəzifə öhdəlikləri:

  • Brokerlərlə gündəlik kommunikasiyanın qurulmasında şöbəyə dəstək göstərmək
  • Müştəri və broker sorğularının cavablandırılmasında iştirak etmək
  • Sazişlər, müqavilələr və digər sənədlərin hazırlanmasına və yenilənməsinə yardım etmək
  • Broker satış göstəricilərinin təhlili üçün məlumatların toplanması və sistemə daxil edilməsi
  • Raporların hazırlanması (gündəlik/ həftəlik / aylıq)
  • Bazar araşdırmalarında iştirak və broker şəbəkəsinin genişləndirilməsi ilə bağlı dəstək
  • Şöbənin iclaslarında iştirak və qeydiyyatın aparılması
  • Daxili sistemlərdə məlumatların düzgünlüyünün yoxlanılması və yenilənməsi
  • Şirkətin məhsul və xidmətləri ilə bağlı məlumatların brokerlərə düzgün ötürülməsində kömək etmək

Tələblər:

  • Ali təhsil (tamamlanmış və ya davam edən; iqtisadiyyat, biznes, maliyyə, marketinq və s. üstünlükdür)
  • MS Office proqramlarında (Excel, Word, PowerPoint) əsas bacarıqlar
  • Güclü kommunikasiya və təqdimat bacarıqları
  • Məsuliyyətli, diqqətli və komanda ilə işləməyə meyilli
  • Öyrənməyə açıq və analitik düşüncə tərzinə malik olmaq
  • Azərbaycan dilində səlis, rus və ingilis dillərində bilik üstünlükdür

Təcrübə müddəti və üstünlüklər:

  • Təcrübə müddəti: 3–6 ay
  • Uğurlu nəticələr göstərən namizədlərə təcrübədən sonra tam ştatlı iş təklifi verilə bilər
  • Peşəkar broker şəbəkəsi ilə işləmək imkanı
  • Real iş mühitində bilik və bacarıqların təkmilləşdirilməsi
  • Mentor dəstəyi və mütəmadi təlimlər

Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən mail üzərindən müraciətlərini göndərə bilərlər.