Tur Menecer

İşin təsviri

İş şəraiti

  • İş yeri: Bakı
  • İş qrafiki: Həftə içi: 10:00 – 19:00, Şənbə: 10:00 – 16:00
  • Bazar: istirahət

Turizm şirkətimizə sektoru dərindən anlayan, satış və xidmət proseslərinə peşəkar yanaşan bir tur menecer axtarırıq. Axtardığımız şəxs sadəcə tur satmaq deyil, müştərini dinləyib doğru istiqamətləndirmək, idarə etmək və daha yaxşı alternativlər təklif etməyi bacarmalıdır.

Bizə necə bir insan lazımdır?

  • Turizm sahəsində minimum 2 il peşəkar iş təcrübəsi
  • Avropa, Asiya, Yaxın Şərq (xüsusilə Doha, Dubai), yay-qış turları, Amerika və Kanada vizaları üzrə tam məlumatlı və sistemli bilik
  • Viza prosesi ilə bağlı peşəkar yanaşma və alternativ həll bacarığı – özü etməsə belə, onu düzgün qurub idarə etməyi bacaran
  • Otellər, qrup turları, fərdi istəklər, aviabilet, transfer, sığorta və s. ilə bağlı sistemli və praktik biliklər
  • Müştəri psixologiyasını anlayan, ehtiyacı dinləyib doğru təklif verən
  • Satışda təşəbbüskar, öz müştərisini özü idarə edən və əlaqəni qoruyan
  • Məsuliyyətli, öz işi və müştərisi ilə “öz işi kimi” yanaşan biri
  • İngilis və ya rus dili biliyi – üstünlükdür

Təklif etdiyimiz:

  • Fix əmək haqqı + 15% bonus (bonus satış üzərindən hesablanır)
  • Stabil müştəri axını və reklam dəstəyi
  • Peşəkar və rahat iş mühiti
  • Uzunmüddətli əməkdaşlıq üçün şəffaf sistem və perspektiv
  • Əmək haqqı və əlavə şərtlər yalnız müsahibə əsasında fərdi şəkildə dəyərləndirilir.

Müraciət etmək istəyənlərdən xahiş olunur ki, CV-lərini və qısa təqdimat məktubunu Müraciət et düyməsində qeydo olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə +994 99 888 70 72 göndərsinlər.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.