Korporativ Satış üzrə Mütəxəssis

  • Technoil MMC
  • Elanın qoyulma tarixi: 17.01.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Korporativ Satış üzrə Mütəxəssis

Təməli 2015–ci ildə qoyulmuş “Technoil” MMC – Azərbaycanda və eyni zamanda Qafqaz regionunda yüksək keyfiyyətli mühərrik və sürtkü yağları istehsal edən ilk sənayə müəssisəsidir. Bütün növ nəqliyyat vasitələri; minik və yük maşınları, motosikletlər, o cümlədən sərnişin və yükdaşıma gəmiləri üçün mühərrik yağları, ötürücü qutu yağları istehsalını həyata keçirən zavodumuz eyni zamanda sənayə məqsədli yağlar, reduktor yağları, hidravlik yağlar, müxtəlif növ sürtkü yağları və antifrizlər də istehsal edir.

Vakansiyanın təsviri:
 
1. Bazarın təhlili, araşdırmaların aparılması
2. Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
3. Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
4. İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
5. Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması
6. Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi
7. Rəqib şirkətlərin bazar payının öyrənilməsi, araşdırılması və analizin aparılması
8. Ziyarət nəticələrinin izlənilməsi
9. Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
10. Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
11. Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
12. Müştəri ödəmələrinin izlənilməsi
 
Tələblər:

- Ali təhsil
- Korporativ mühitlə əlaqədar minimum 1-3 il iş təcrubəsi;
- Analitik düşünmə bacarığı;
- Ünsiyyətcil, səlist və aydın danışıq qabiliyyətinin olması
- Təqdimat bacarığının olması;
- Dil biliyi: Rus əla , ingilis dilini yaxşı səviyyədə bilənlərə üstünlük verilir;
- Yaş: 22-40;
- Şəxsi avtomobilin olması mütləqdir.
 
İş şəraiti:

İş yeri : Sumqayıt və Bakı şəhərləri:
İş qrafiki həftənin 6 günü;
İş saatı 1-5-ci günlər 09.00-dan 18.00 kimi, 6-cı gün 09.00- dan 17.00 qədərdir;
Telefon danışıqları və benzin xərcləri şirkət tərəfindən ödəniləcəkdir;
Əmək haqqı fiks 500 manat + satışdan bonus;

E-mail: [email protected]