Mühasib (regionlar üzrə)

İşin təsviri

Mühasib

Gilan Kənd Təsərrüfatı Qrupu regionlar üzrə (İmişli, Yevlax, Saatlı, Sabirabad, Göyçay, Ucar, Gəncə, Beyləqan, Tərtər, Ağcabədi, Bərdə, Şirvan, Qobustan, Hacıqabul, Qəbələ, Biləsuvar, Salyan, Lənkəran və Abşeron) Mühasib vakansiyasına təcrübəli işçi axtarır.

Vəzifələri

• Maliyyə və mühasibatlıq uçotu, proqnozlaşdırma, büdcələşdirmə və s. məsələləri həyata keçirmək
• Gündəlik maliyyə və mühasibatlıq əməliyyatlarını yerinə yetirmək
• Hesabların yaradılmasını və vaxtında bağlanılmasını həyata keçirmək
• Layihə proqnozlaşdırılması/büdcələşdirilməsi, xərclərin izlənilməsi və nəzarətini həyata keçirmək
• Aylıq maliyyə hesabatları, ödənişləri, nağdlaşdırılma hesabatlarının idarə edilməsini həyata keçirmək
• Müqavilələrin, protokolların və ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
• Təhtəl şəxslərinin hesabat qeydiyyatının aparılması və onların ikili yazılışına nəzarət
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
• Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
• Mal-material uçotunun aparılması
• Elektron vergi hesab faktura, Qaimə faktura, hesab fakturaların işlənməsi
• Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
• İşçilərin əmək haqlarının və digər ödənişlərinin hesablanması
• İstehsal olunan məhsulun maya dəyərinin hesablanması, xammal və materialların silinməsi
• Kreditor və debitorlarla üzləşmələrin aparılması

Tələblər

• Mühasib kimi minimum 2-3 illik iş təcrübəsi
• 1C proqramının 8.2 və ya 7.7 versiyasında işləmə təcrübəsi
• Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək
• Yüksək ünsiyyət və qarşılıqlı əlaqə bacarıqları
• MS Office proqramlarını, xüsusi MS Excel proqramını yüksək səviyyədə bilmək
• Sərbəst işləmə bacarığı
• Mühasibatlıq uçotu və Vergilər Məcəlləsini bilmək
• Balans hesabatları və Mənfəət və Zərər hesabatlarını tərtib etmək
• Əmək qanunvericiliyi və Əmək təhlükəsizliyi haqqında biliklər

Vakansiyaya müraciət etmək üçün aşağıdakı email ünvanına CV-lərinizi göndərməyiniz və ya göstərilmiş keçiddən Anket məlumatlarınızı yazmağınız xahiş olunur:

http://hr.gilanholding.com/v/3113

[email protected]