Vəzifə: Hüquqşünas
Əsas öhdəliklər:
  Etibarnamələrin notarial təsdiqi (xaricdən gələn və xaricə gedən);
  Müəssisə, idarə və təşkilatlara qarşı verilmiş appelyasiya şikayətlərinə əsaslandırılmış cavablar hazırlamaq;
  Müəssisə, idarə və təşkilatlara qarşı verilmiş iddiaları qiymətləndirmək;
  Müəssisə, idarə və təşkilatlara qarşı verilmiş kassasiya şikayətlərinə əsaslandırılmış cavablar hazırlamaq;
  Borc və icarə müqavilələrini hazırlanmaq;
  Məhkəmələrdə cavabdeh və iddiaçı qismində səlahiyyətli nümayəndə kimi iştirak etmək;
  Məhkəmələrdə şirkət əleyhinə qəbul edilmiş qərarlardan kassasiya şikayəti vermək;
  Müəssisə, idarə və təşkilatların fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin həllində müvafiq qurumun işçilərinə cari qanunvericilik haqqında məsləhətlər vermək;
  Müəssisələrin qeydiyyat sənədlərində baş verən dəyişiklikləri qeydə almaq; 
  Şirkətin fəaliyyəti zamanı meydana çıxan hüquqi məsələlərin həllində qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsələlərə dair rəy vermək;
  Şirkətin fəaliyyəti zamanı meydana çıxan hüquqi məsələlərin həllində qanunvericiliyin tələblərinə uyğun olaraq məsləhətlər vermək;
Tələblər
  ali təhsil; 
  rus, ingilis dilləri.
  Ofis proqramları (Word, Excel, Internet)
  3-5 il iş təcrübəsi;
  yaş həddi 30-40;
Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Hüquqşünas" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.