Kənd Təsərrüfatı texnikaların satışı üzrə Menecer

İşin təsviri

Kənd Təsərrüfatı texnikaların satışı üzrə Menecer

İmprotex Truck and Buses MMC (MANın Azərbaycandakı rəsmi idxalçısı)

Hörmətli namizəd, sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəziənin tələblərinə uyğun hesab edirsinzsə, və əfsanəvi dünya brendi MAN-ın tətbiq etdiyi bilik və səriştələrdən faydalanıb öz peşəkarlığınızı yüksəltmək istəyirsənizsə buyurub, bizimlə əlaqə saxlayın. Vəzifəyə və tələblərə uyğun olmayan CV-lərə baxılmayacaqdır.

Vəzifələr:

- Kənd təsərrüfatı və ağır tikinti texnikaları üzrə bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması işinin təşkili və idarəedilməsi
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların verilməsi
- Bazar araşdırmalarının nəticələrinin rəhbərliyə məruzə edilməsi
- Qarşısına qoyulan hədəflərin və satış planını vaxtında yerinə yetirilməsi
- Daimi və köhnə müştərilərlə münasibətlərin idarəedilməsi və daimi nəzarətdə saxlanılması
- Şirkətin Satış planının hazırlanması və rəhbərliklə razılaşdırılması

Tələblər:

- Kənd təsrrüfatı və ağır tikinti texnikasının  satışı üzrə minimum 3 il iş təcrübəsi;
- İqtisadi sahədə ali təhsil (Menecment və ya Marketing )
- Güclü idarəetmə qabiliyyəti, kollektivlə işləmək bacarığı
- Dəqiq və işinə qarşı məsuliyyətli olmaq, iş planlama və təşkil etmə bacarığı olmalı və işə yaradıcı yanaşmalıdır
- Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti
- Müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı
- MS Office proqramlarını mükəmməl dərəcədə bilməli
- Dil bilikləri: Azərbaycan dili ( Əla), Rus dili ( Əla), İngilis Dili (Əla)

İş şəraiti:

- Ofis şəraiti
- Yüksək əmək haqqı

Ünvan: Qaradağ rayonu, Salyan Şossesi, 15-ci km

Əlaqə: [email protected] ; [email protected]

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (KƏND TƏSƏRRÜFATI TEXNİKALARİN SATIŞI ÜZRƏ MENECER) emailda MÖVZU (SUBJECT) bölməsində göstərin.