Süd və Süd Məhsulları üzrə Texnoloq / Pendir Ustası

  • Atropatena QSC
  • Elanın qoyulma tarixi: 26.10.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: Atropatena QSC

Vakansiya: Süd və Süd Məhsulları üzrə Texnoloq Pendir Ustası

Tələblər:

- Müvafiq sahə üzrə ali təhsil (Süd və Süd məhsullarının texnologiyası , Qida məhsullarının texnologiyası, Qida məhsulları mühəndisliyi,)
- Minimum 3 il pendir məhsullarının istehsalında iş təcrübəsi;
- Pendir məhsularının hazırlanması və istehsalında güclü bilik;
- Süd məhsullarının o cümlədən pendir, kəsmik və yağ məhsullarının kimyası üzrə qənaətbəxş bilik.
- MS Office üzrə biliklər;
- Stressə davamlı, diqqətli, çevik və məsuliyyətli;
- Kollektivdə işləmək bacarığı;

İşin təsviri:

- Plana uyğun olaraq bütün növ pendir və kəsmik çeşidlərinin keyfiyyət standartlarına uyğun istehsalını təmin etmək;
- Yeni pendir çeşidlərin hazırlanması və sınaqlarının həyata keçirilməsi və istehsala uyğun vəziyyətə gətirilməsi;
- Öhdəliyində olan xammal və işçi quvvəsindən maksimum səmərəli istifadə etmək;
- Tabeçiliyində olan işçilərin inkişaf etdirilməsi və idarə edilməsi;
- İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;

İş yeri və şərtlər:

- İş qrafiki həftədə 6 gün.
- İş yeri Ağcəbədi rayonunda yerləşir.
- İşə götürüləcək şəxs qalacaq yerlə və gündə 1 dəfə qidalanma ilə təmin ediləcək.

Uyğun namizədlər CV-lərini [email protected] poçt ünvanına vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur.