Mühəndis Mexanik

  • Atropatena QSC
  • Elanın qoyulma tarixi: 25.10.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: Atropatena QSC

Vakansiya : Mühəndis Mexanik

Tələblər:

- Mühəndis-mexanik ixtisası üzrə müvafiq ali təhsil;
- İstehsalat sahəsində müvafiq sahə üzrə minimum 4 il təcrübə (Süd və süd məhsuları üzrə təcrübə üstünlükdür);
- Müvafiq kompüter proqramlarını bilməli (SCADA, AutoCAD, Microsoft Office və s.) ;
- Hidravlik və pnevmatik qurğular barədə bilik;
- Mexaniki avadanlıqların quraşdırıması, sazlanması və istismara buraxılması qaydalarını bilməli;
- Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını bilməli;
- Montaj və təmir metodlarını bilməli;
- Defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu bilməli;
- Təlimatların tərtib edilmə qaydasını bilməli;
- Avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını bilməli;
- Stressə davamlı, diqqətli, çevik və məsuliyyətli;
- Kollektivdə işləmək bacarığı;

İşin təsviri:

- Şirkətin bütün maşın və avadanlıqlarının işlək vəziyyətdə olmasının təmin edilməsi;
- Mütəmadi olaraq avadanlıqların texniki qulluğunun təmin edilməsi;
- Ehtiyyat hissələrinin vaxtında sifarişini və alınmasının təmin edilməsi;
- İşlərin planlaşdırılması və müvafiq planın hazırlanması;
- Avadanlıqların və qurğuların mexaniki hissələrinin layihəyə uyğun olaraq quraşdırılmasının təşkil edilməsi;
- Avadanlıqların quraşdırılması zamanı texnoloji ardıcılığının qorunub saxlanmasının təmin edilməsi;
- Quraşdırma işləri zamanı hər hansı bir səbəbdən baş vermiş çatışmamazlıqlar barəsində dərhal birbaşa rəhbərliyin məlumatlandırılması;
- İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
- Müvafiq sənədləşmə işlərinin aparılması;
- Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;

İş yeri və şərtlər:

- İş qrafiki həftədə 6 gün.
- İş yeri Ağcəbədi rayonunda yerləşir.
- İşə götürüləcək şəxs qalacaq yerlə və gündə 1 dəfə qidalanma ilə təmin ediləcək.

Uyğun namizədlər CV-lərini [email protected] poçt ünvanına vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur.