Layihə Meneceri (Bina tikintisi Üzrə)

İşin təsviri

Vəzifənin adı: Layihə Meneceri (Bina tikintisi Üzrə)

İş yeri: Bakı şəhəri

Tələblər:

İnşaat mühəndisi ixtisası üzrə ali təhsil (xaricdə təhsil alanlara üstünlük veriləcək)
İxtisası üzrə ən az 10 il təcrübə
Azərbaycan dili (yaxşı)
İngilis dili (yaxşı)
Rus dili (yaxşı)
Word, Excel, Project (və ya Primavera) proqramlarında işləmək bacarığı
Autocad və digər proqramları da bilənlərə üstünlük veriləcək

Əsas Funksiyalar:

1. Sifarişçi tərəfindən təqdim olunmuş layihələrə uyğun olaraq sahədəki tikinti işlərinin aparılması
2. Layihədə aşkar olunmuş qüsurlar barədə mərkəzi texniki şöbənin və sifarişçinin məlumatlandırıması
3. Sahədəki işçilər arasında iş bölgüsünün edilməsi və işlərinə nəzarət
4. Sahədəki subpodratçıların və briqadaların işinin koordinasiyası və nəzarət
5. Mərkəzi Texniki Şöbəyə dövrü texniki və material hesabatlarının verilməsi
6. Sifarişçi, texniki nəzarətçi və subpodratçılarla danışıqların aparılması, yazışmaların həyata keçirilməsi
7. Forma 2, forma 3, məktub, ödəniş sertifikatları, Keyfiyyətə Nəzarət Formaları, material hesabatı və digər sənədlərin hazırlanması və ya yoxlanılması və qeydiyyatı
8. Müqavilə və Texniki Şərtnaməyə uyğun Qiymət Analizlərinin aparılması
9. Smeta, metod bəyannaməsi, iş qrafiki, mobilizasiya qrafiki, sahə planı, sahə strukturu, HSE plan, keyfiyyətə nəzarət planı və digər texniki sənədlərin hazırlanması

Xahiş olunur CV-lərinizi 31 oktyabr 2016 tarixinədək, e-poçtun “subject” hissəsində “Layihə Meneceri vəzifəsinə” qeyd etməklə [email protected] adresinə göndərəsiniz.