METAL KONSTRUKSIYA İSTEHSALI SAHƏSİNDƏ KEYFİYYƏTƏ NƏZARƏT ÜZRƏ İNSPEKTOR
Vakansiya: KEYFİYYƏTƏ NƏZARƏT ÜZRƏ İNSPEKTOR
İmprotex İndustries MMC – Metal Konstruksiya və Üstqurğular Zavodu
VƏZİFƏLƏRİ:
 Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması
 Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğunun yoxlanılması
 İstehsalat intizamının möhkəmləndirilməsi
 Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi
 Müəssisəyə daxil olan mal-materiallarınn yoxlanılması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması
 İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətinin təmin edilməsi
 Məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə keyfiyyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılımasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması
 Zay məhsul, onun səbəbləri və təqsirkarlarının uçotunun aparılması
 Qüsurlu iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsinin tələb edilməsi
 Hazır məhsulun qablaşdırılmasına, yüklənməsinə, daşınmasına nəzarət edilməsi
 Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması
 Keyfiyyətə Nəzarət Planının hazırlanması; 
 Müəssisədə mövcud İSO standartlarına uyğun forma və qaydalara uyğun olaraq hesabat aparılması 
 Keyfiyyətə nəzarət proseduralarının tətbiq edilməsi;
 Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak
 İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak 
 Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi
 Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.
TƏLƏBLƏR:
 Mühəndislik və metallurgiya sahəsində ali təhsil
 Metalkonstruksiya istehsalı sahəsində ən azı 5 il iş təcrübəsi
 Metalkonstruksiya istehsalı ilə bağlı кeyfiyyətə nəzarət sahəsində azı 3 il stajı
 Müvafiq sertifikatlar
 İş planlama və təşkil etmə bacarığı
 MS Office, AUTOCAD
 İşçi səviyyədə İngilis və Rus dili bilikləri mütləqdir
 Diqqətlilik və məsuliyyətlilik.
Ünvan: Qaradağ rayonu, Salyan Şossesi, 15-ci km
Əlaqə: [email protected]
Müraciət üçün son tarix: 20 Sentyabr, 2016-cı il
Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (KEYFİYYƏTƏ NƏZARƏT ÜZRƏ İNSPEKTOR ) emailda MÖVZU (SUBJECT) bölməsində göstərin.
Hörmətli namizəd, sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəziənin tələblərinə tam uyğun hesab edirsinzsə, buyurub, bizimlə əlaqə saxlayın. Vəzifəyə və tələblərə uyğun olmayan CV-lərə baxılmayacaqdır.
 
                 
                 
                 
                 
                