Maliyyə Analitiki

İşin təsviri

Şirkət haqqında :

Azretail MMC - Araz Marketlər Şəbəkəsi 2011-ci ildən fəaliyyətə başlamışdır. Hal-hazırda 40 filialı ilə ölkənin ən böyük market şəbəkəsidir. Məqsədimiz Siz harada- Araz orada sloganını həyata keçirərək Azərbaycanın bütün bölgələrini hədəfləyən supermarkətlər şəbəkəsini yaradılmasına nail olmaq.

Baş ofis:

AGA Business Center
Xocalı pr.55, 2-ci mərtəbə
Bakı, Azərbaycan AZ1025

Telefon: (+994 12) 404 12 36
Web adress: www.arazmarket.az

Vəzifə - Maliyyə Analitiki

İşəgötürən  - Azretail MMC  ( Araz Marketlər Şəbəkəsi)

Əmək haqqı: Namizəddən asılı olaraq müəyyən ediləcək

Əsas vəzifə və öhdəliklər

• Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqini zamanı hesabatların hazırlanmasında meneclrərə yaxından kömək etmək
• Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili
• Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, şirkətin özünün mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması məqsədilə yerinə yetirilən işlər zamanı menecerin təlimatına  əsasən digər işlərin icrası
• Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
• Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası.

Namizədə tələblər

• İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil
• ACCA , CIMA  CFA üzrə biliklər,
• Ümumi IFRS-i biliyi
• Maliyyə və ya mühasibatlıq sahəsində minimum  1 il iş təcrübəsi
• Statistik modelləmə və hesabatların hazırlanmasında quantitativ metodları tətbiq etmə bacarığı
• Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
• Problemlərin həll etmə bacarığı;
• MS Office proqramları, xüsusilə MS Excel proqramı üzrə güclü biliklər;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;

Xahiş edirik, maraq göstərən şəxslər  öz CV-lərini "mövzu" yerinə “Maliyyə Analitiki" sözünü qeyd etməklə [email protected]  elektron poçtuna göndərsinlər.