İnsan Resursları Mütəxəssisi

  • Agro Dairy
  • Elanın qoyulma tarixi: 06.07.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti  İnsan Resursları Mütəxəssisi vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır:

İş haqqında məlumat:

- Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin, ezamiyyələrin, məzuniyyətlərin və s. sənədlərin rəsmiləşdirilməsi;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
- Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
- İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
- Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması.

Namizədə tələblər:

- Hüquq sahəsində ali təhsil;
- İnsan Resursları sahəsində ən az 2 il iş təcrübəsi;
- AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları bilməli;
- Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilməli;
- Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını bacarmalı;
- Kadrların hərəkətlərinin uçot metodlarını bilməli;
- MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli.
- Az. Dili-əla, Rus dili-əla, İngilis dili -əla

Rayonlara ezamiyyətə getmək imkanı olmalı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini  [email protected]  elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“İnsan Resursları Mütəxəssisi") qeyd olunmalıdır.

İşəgötürənin reytinqi