Kompensasiya və subroqasiya şöbəsinin müdiri

İşin təsviri

İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı

İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsi, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək məqsədilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında təsis edilib və fəaliyyət göstərir.

Vəzifənin adı: Kompensasiya və subroqasiya şöbəsinin müdiri

Vəzifəyə dair ƏSAS  tələblər:

• Ali hüquq təhsilli və ən azı 5 illik iş stajına malik olmalı;
• Məhkəmə sistemində iş təcrübəsinə malik olmalı (1-ci instansiya məhkəməsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir);
• Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsini və Cinayət-Prosessual Məcəlləsini, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarını mükəmməl səviyyədə bilməli;
• Vətəndaşlarla və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə qurmaq qabiliyyətinə malik olmalı;
• Kompüterdən ümumi istifadə qaydalarını bilməli, MS Office proqramlarının istifadəsi ilə bağlı ümumi vərdişlərə malik olmalı;
• Komandada işləmək, qərar qəbul etmək bacarığı və stress şəraitində işləmək qabiliyyəti, məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalı.

İşin təsviri:

• “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişlərinin həyata keçirilməsi üzrə işi müstəqil surətdə təşkil etmək və aparmaq;
• Kompensasiya ödənişləri ilə əlaqədar müraciət edən şəxslərə izahatlar vermək, onlardan müvafiq sənədləri qəbul etmək;
• Müvafiq hüquqi sənədlərin qanunun tələblərinə uyğun tərtib edilməsinə və tamlığına nəzarət etmək;
• Təqdim edilən sənədlər əsasında kompensasiya işi açmaq, şöbənin əməkdaşları tərəfindən kompensasiya işi üzrə icraatın sərbəst şəkildə aparılmasına nəzarət etmək;
• Kompensasiya ödənişləri ilə bağlı müraciətlərə baxaraq cavab, qərar layihələrini hazırlamaq;
• Kompensasiya ödənişləri həyata keçirildikdən sonra Büronun subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı işlərinin məhkəmədən kənar və məhkəmə qaydasında həll edilməsini həyata keçirmək;
• Kompensasiya işləri üzrə məhkəmələrdə nümayəndə qismində çıxış etmək;
• Məhkəmə qərarlarının icra edilməsi üzrə işlər aparmaq və bu işə nəzarət etmək;
• İcbari sığorta növləri üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək, səlahiyyətləri daxilində icbari sığorta sahəsində münasibətləri tənzimləyən normativ aktların və metodik tövsiyələrin layihələrini hazırlamaq və s.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30.06.2016-cı il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.