Mütəxəssis (Kompensasiya və subroqasiya şöbəsi)

İşin təsviri

İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı

İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsi, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək məqsədilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında təsis edilib və fəaliyyət göstərir.

Vəzifənin adı: Mütəxəssis

Şöbə: Kompensasiya və subroqasiya şöbəsi

Vəzifəyə dair tələblər:

• Ali hüquq təhsilli (1-ci instansiya məhkəmələrində iş təcrübəsi olanlara üstünlük veriləcək)
• Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsini, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsini, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarını bilməli;
• Kompüterdən ümumi istifadə qaydalarını bilməli, MS Office proqramlarının istifadəsi ilə bağlı ümumi vərdişlərə malik olmalı;
• Komandada işləmək bacarığı və təzyiq şəraitində işləmək qabiliyyəti, məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalı.

İşin təsviri:

• Kompensasiya ödənişləri ilə əlaqədar müraciət edən şəxlərə izahatlar vermək, onlardan müvafiq sənədləri qəbul etmək;
• Təqdim edilən sənədlər əsasında kompensasiya işi açmaq, kompensasiya işi üzrə icraatı sərbəst şəkildə aparmaq;
• Kompensasiya ödənişləri ilə bağlı müraciətlərə baxaraq cavab, qərar layihələrini hazırlamaq;
• Kompensasiya ödənişləri həyata keçirildikdən sonra Büronun subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı işlərinin məhkəmədən kənar və məhkəmə qaydasında həll edilməsini həyata keçirmək;
• Kompensasiya işləri üzrə məhkəmələrdə nümayəndə qismində çıxış etmək;
• Məhkəmə qərarlarının icra edilməsi üzrə işlər aparmaq və bu işə nəzarət etmək və s.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 10.11.2015-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.