Təsərrüfat üzrə Menecer

  • Group Motors
  • Elanın qoyulma tarixi: 06.06.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi və Subaru avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Təsərrüfat üzrə Menecer” vəzifəsinə işçi qəbulu elan edir.
 
Vəzifə öhdəliklər:

• Müəssisə, idarə və təşkilat bölmələrinin təmirini təşkil etmək və təmir işlərinin keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
• Müəssisə, idarə və təşkilat bölmələrini mebellə, təsərrüfat inventarı ilə, texniki vasitələri ilə təmin etmək, onların mühafizəsi və vaxtında təmir olunmasına nəzarət etmək;
• Xidmət üzrə müqavilələrin bağlanması üçün lazım olan materialları rəsmiləşdirmək , dəftərxana ləvazimatlarının, vacib təsərrüfat materiallarının, avadanlığın, inventarın alınması və saxlanmasını təşkil etmək və onların uçotunu aparmaq, müvafiq hesabat formasını tərtib etmək;
• Təsərrüfat məqsədlər üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə nəzarət etmək;
• Xidməti ezamiyyətə gələn nümayəndə heyətinin və şəxslərin qəbulunu, qeydiyyatını və lazımı xidmətləri təşkil etmək;
• Sahənin abadlığına, yaşıllaşdırılmasına, təmizlənməsinə, binaların fasadlarının və giriş yerlərinin bayramsayağı bədii tərtibatı işlərinə rəhbərlik etmək;
• Müəssisə, idarə və təşkilatların (bina, su təchizatı, hava dəyişmə və digər avadanlıqların) əsas fondlarının cari və əsaslı təmir planın işlənib hazırlanmasında və təsərrüfat xərclər smetasının tərtibində iştirak etmək;
• Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.
 
Namizədlərə tələblər:
 
• Yaş: 25-40;
• Ali təhsil; 
• MS Office proqramlarında işləmə bacarığı;
• Rus və ingilis dillərinin bilməsi üstünlükdür;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Analitik təhlil bacarığı;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı yanaşma.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Təsərrüfat üzrə menecer" qeyd etməklə  [email protected] elektron poçt ünvanına göndərsinlər.