SƏTƏM üzrə Mütəxəssis
İmprotex İndustries MMC – Metal Konstruksiya və Üstqurğular Zavodu
Hörmətli namizəd sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəziənin tələblərinə uyğun hesab edirsinzsə buyurub bizimlə əlaqə saxlayın.
Vəzifə: SƏTƏM üzrə Mütəxəssis
VƏZİFƏLƏRİ:
 Əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda tətbiqi
 İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət
 İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili
 İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak
 İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasının təşkili
 Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması; 
 Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak
 İşə qəbul olumnuş, o cümlədən müvəqqəti hər bir işçiyə və kənardan gələn hər bir şəxsə təhlükəsizliklə bağlı giriş təlimatının keçirilməsi və əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik göstərilməsi
 Müvafiq qanunvericiliyin və müəssisənin tələblərinin işçilərin nəzərinə çatdırılması;
Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak
 Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak
 İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak 
 İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxması və lazımi ölçülər götürülməsi
 Müəssisədə mövcud İSO standartlarına uyğun forma və qaydalara uyğun olaraq hesabat aparmalması 
 Maliyyə şöbəsinə əməyin mühafizəsinə və illik fəaliyyət planının hazırlanmasına xərclənəcək vəsaitlər üçün müraciət edilməsi; 
 İşçiləri tibbi müayinəyə göndərilməsi;
 Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
 İşçilərin fövqəladə hal zamanı cavab hərəkətləri haqqında təlimat keçirilməsi;
 Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi
 Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
 Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi
 Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.
TƏLƏBLƏR:
 İş planlama və təşkil etmə bacarığı olmalı
 Ali təhsil
 5 ildən artıq bu sahədə iş stajı
 MS Office
 İşçi səviyyədə İngilis dili bilikləri mütləqdir
Ünvan: Qaradağ rayonu, Salyan Şossesi, 15-ci km
Əlaqə: [email protected]
 
                 
                 
                 
                 
                