Mühasib

  • Group Motors
  • Elanın qoyulma tarixi: 15.05.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi və Subaru avtomobil brendlərinin rəsmi distributeridi.

Hal hazırda şirkət “Mühasib” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəliklər:

• Gündəlik və aylıq hesabatları tərtib etmək;
• Debitor və kreditor hesablaşmaları ilə işləmək;
• Hesab-fakturalar, qaimə-fakturalar və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
• Mühasibatlıq şöbəsinin işçilərinə köməklik etmək;
• Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.
 
Namizədlərə tələblər:
 
• Yaş: 23-30;
• Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə); 
• MS Office proqramlarında işləmə bacarığı;
• 1C mühasibat proqramında işləmə bacarığı;
• Rus və ingilis dillərinin bilməsi üstünlükdür;
• Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
• Analitik təhlil bacarığı;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı yanaşma.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Mühasib" qeyd etməklə  [email protected] elektron poçt ünvanına göndərsinlər.