NÖC və avtomatlaşdırma üzrə çilingər

  • Oilfield Company
  • Elanın qoyulma tarixi: 02.04.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

NÖC və avtomatlaşdırma üzrə çilingər

Mürəkkəb elektromaqnit, elektrodinamik, istilikölçən, optiki-mexaniki, hesab, avtomatik, pirotexnik və digər cihazların məsul detal və qovşaqlarını uyğunlaşdırıb son şəklə salmaqla təmiri, nizamlanması, sınağı, yustirlənməsi, quraşdırılması və təhvil verilməsi. Rele mühafizəsi, elektroavtomatika və telemexanika qurğularının köklənməsi və sazlanması. Detalların 7-10-cu kvalitetlər (2-3-cü dəqiqlik dərəcələri) üzrə çilingər emalı, dişli və vintli birləşmələrin yığılması. Mürəkkəb birləşmə sxemlərinin tərtib edilməsi və quraşdırılması. Cihazların yoxlanılması və sınanmasında mütləq və nisbi xətaların hesablanması. Qüsurlar cədvəlinin tutulması, cihazlara və avtomatlara pasportların və attestatların doldurulması.

Bilməlidir:

təmir edilən və yustirlənən mürəkkəb cihazların, mexanizmlərin, aparatların quruluşunu, iş prinsipini və sazlama üsullarını;mürəkkəb nəzarət-öıçü və nəzarət-yustirləmə cihazlarının təyinatını və sazlama üsullarını, cihazların və aparatların nizamlama və dərəcələrə bölünmə üsullarını və onların sınanması zamanı xarakteristikalarını çıxarma qaydalarını;müqavimətləri hesablama qaydalarını;mürəkkəb birləşmələrin sxemlərini;cihazların yoxlanılması və sınanmasında mütləq və nisbi xətaların hesablanma qaydalarını;istilik və elektrik sxemlərin və çertyojların işarələrini;
müsaidə və oturtmalar, kvalitetlər (dəqiqlik dərəcələri) və nahamarlıq parametrlər (təmiz emal dərəcələri) sistemini;
gördüyü işin həcmində mexanikanın və elektrotexnikanın əsaslarını.

E-mail:  [email protected]