Equipment Rental Services MMC
Şirkət haqqında
"ERS" MMC qaldırıcı avadanlıq bazarında 2005-ci ildən işləyir və yükvurma-yükboşaltma texnikalarının anbar komplekslərinə, limanlara, tikinti şirkətlərinə və əməliyyat bazalarına kompleks təchizatını həyata keçirir.
Nisbətən gənc şirkət yarandığı vaxtdan etibarlı və ciddi tərəfdaş kimi özünü göstərib.
ERS MMC “KSƏTƏM üzrə menecer” vakansiya elan edir:
Vəzifə üzrə öhdəlikləri:
• Şirkətdə Təhlükəsizliyin İdarəetmə sistemini yaratmaq və onun tətbiqini təmin etmək;
• Şirkətin bütün işçi heyətini təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət edilməsini təmin etmək;
• Təhlükəsiz iş şəraiti yaratmaq və şirkətdaxili siyasət yeritmək;
• İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
• Sahədə mütamadi yoxlamalar və müvafiq prosedurlar keçirmək;
• Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili tədrislər keçirmək;
• Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
• İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
• Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət ;
• Zərərli maddələrin toplanmasını və saxlanılmasını təmin etmək;
• Səs-küylük araşdırmalarını, atmosfer müşahidələrini, hava dövriyyəsi araşdırmalarını və bunun kimi digər gigiyena proqramlarını tərtib etmək;
• İstehsalat zədələrinin və peşə xəstəliklərinin səbələrinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək ;
• Şirkətdə keyfiyyətə nəzarət sistemini, ətraf mühitin qorunması və əməyin, sağlamlığın mühafizəsi sistemini yaratmaq və tətbiq etmək;
• Sahədə aparılan işləri İş icazəsinə əsasən tədbiq etmək;
• SƏTƏM və KN standartlarını bütün işçi heyətinə tədbiq etmək;
• İşçilər ilə mütamadi təhlükəsizlik mövzularında tədrislərin təşkili, İş icazəsi, Risklərin Qiymətləndirilməsi kimi təlimləri keçirmək;
• Gündəlik fərdi mühafizə vasitələrinin yoxlanılması;
• Baş vermiş hadisələrin araşdırılmasında, məlumatların toplanmasında və bu cür hadisələrin təkrərlanmaması istiqamətində mühüm önləyici addımların atılması;
• İş şəraitinin, avadanlıqların və təcrübələrin təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etmək və qiymətləndirmək;
• Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək;
• Yeni işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək və bununla əlaqədar dərslikləri tərtib etmək;
• KPİ sisteminin hazırlanması və şirkətdaxili tədbiqi;
• Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM `ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəricilərinin və s. məlumatların toplanması;
• Şirkətin Keyfiyyətin İdarə olunması proqramının tətbiq olunması və şirkətdaxili auditin keçirilməsi.
İşçiyə qoyulan tələblər:
Təhsili: Ali təhsil
Kurslar: KSƏTƏM üzrə kurslar
Dil bilikləri: Azərbaycan dili - doğma, İngilis dili - əla, Rus dili - əla
İş stajı: Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi
Digər bacarıqları: Microsoft Office, Internet Explorer
Şərait:
• Stabil iş;
• AR ƏM əsasən rəsmiləşdirmə;
• Rəsmi, stabil ödənilən əmək haqqı;
• İş vaxtı: 5/2, 8.30 – 17.30 (bazar ertəsi – cümə);
• İstirahət günləri: şənbə, bazar;
• Korporativ nəqliyyat;
• Korporativ rabitə vasitəsi;
• Mehriban kollektiv.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “KSƏTƏM üzrə menecer” qeyd edərək [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.